Azərbaycan və Ermənistan arasında imzalanan sənəd Cənubi Qafqaz üçün yeni eranın başlanğıcıdır
12.08.2025 [12:09]
Azərbaycan yalnız hərbi və siyasi sahədə deyil, diplomatiya meydanında da mühüm qələbələr qazanmaqda davam edir. Ölkəmiz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti təmin etdikdən sonra bu istiqamətdə həm də beynəlxalq münasibətlər müstəvisində mühüm strateji nailiyyətlərə imza atdı. Vaşinqtonda imzalanan iki mühüm sənəd-Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Sazişi və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Azərbaycan diplomatiyasının, konkret olaraq Azərbaycan Prezidenti İlham Əliyevin növbəti uğuru kimi tarixə düşdü. 2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq Qələbə ilə başlayan zəfər marafonu, tarixi hədəflərimiz uğrunda müqəddəs mübarizə Vaşinqtonda diplomatik triumfla davam etdi. Bu böyük uğurun əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və birləşdirici gücü dayanırdı. Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. İlham Əliyev Ali Baş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraq tarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətə çevrilib.
Bu, sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda İlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü. Vaşinqtonda güclü, qüdrətli Azərbaycan göründü. Prezident İlham Əliyev Azərbaycanı ucaltdı, bizə bütöv və qüdrətli, dünyada qəbul edilən, eşidilən Azərbaycanı qorumağı və yaşatmağı öyrətdi.
Beləliklə də, ABŞ dövlət başçısının şahidliyi ilə razılaşdırılan sülh müqaviləsi, Qafqazda 30 ildən artıq davam edən münaqişəsinin tarixə qovuşmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına real zəmin yaradır. Xüsusilə, ATƏT-in Minsk qrupunun ləğvi, ölkəmizə qarşı ədalətsiz münasibətin göstəricisi olan 907-ci düzəlişin ləğvi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində əldə olunan razılaşmalar iqtisadi inkişaf üçün də etibarlı əsaslar formalaşdırır. Uzun müddətdən bəri münaqişə zonası kimi yadda qalmış Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. ABŞ liderinin iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sülh müqaviləsinin paraflanması, regiona sülh gəlməsi uzunmüddətli iqtisadi tərəqqi üçün də real zəmin formalaşdırır.
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini Xaləddin Tağıyev
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

