Kəlbəcərdə yeni həyat başlayır
25.08.2025 [14:22]
Uzun illər erməni işğalı altında qalan Kəlbəcər indi yenidən canlanır, həyata qovuşur. Azərbaycan dövlətinin rəhbəri, Möhtərəm Prezidentimizin apardığı ardıcıl siyasəti, güclü iradəsi və möhtəşəm infrastruktur layihələri nəticəsində Kəlbəcər bu gün dirçəliş dövrünü yaşayır.
Məlum olduğu kimi hazırda Kəlbəcərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Şəhərin əvvəlki kadrlarına baxanda dağıntıların, viran qalmış kəndlərin, boşalmış evlərin mənzərəsi insanı kədərləndirsə də, bu gün həmin torpaqlarda yeni həyatın təməli atılır.
Kəlbəcər təbiət möcüzəsidir. Burada minlərlə hektar meşə sahəsi, nadir flora və fauna, dağ çayları və bulaqları mövcuddur. Əsrlər boyu Kəlbəcər suları ilə, təmiz havası ilə, zəngin təbiəti ilə məşhur olub. "İstisu" kimi mineral bulaqları həm Azərbaycanda, həm də regionda tanınıb. Bu gün həmin təbii sərvətlər yenidən xalqın istifadəsinə qaytarılır
Kəlbəcərin inkişafı ilə bağlı ən mühüm hadisələrdən biri avqustun 21-də Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olmaları, buraya köçən sakinlərlə görüşmələri, mənzillərin açarlarını təqdim etmələri millətimizin həyatında tarixi bir gündür. Kəlbəcər sakinlərinin ilk qrupu 32 ildən sonra doğma diyara qayıtdı.
Möhtərəm Prezidentimiz Kəlbəcər sakinləri ilə görüşdə qeyd edib ki,”biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz inamımızı itirmədi, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Vətən topaqlarının işğaldan azad edildiyi və keçmiş məcburi köçkün qardaş-bacılarımızın doğma yurdlarına qayıtması hər bir vətən övladı üçün müqəddəs gündür. Qısa müddətdə Kəlbəcərə işıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb.
Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycanın hər vətəndaşı bu tarixlə fəxr edir və gələcək nəsillərin yaddaşına həkk edirik. Bizlər əminliklə inanırıq ki, gələcək nəsillər üçün sabit və firavan həyatın beləliklə, Kəlbəcər indi yalnız bərpa edilmir, həm də yeni həyat, inkişaf və firavanlıq simvoluna çevrilir. Prezident və birinci xanımın səfəri bu tarixi dirçəlişi əyani nümayiş etdirdi, sakinlərin üzündə sevinc yaratdı və bölgənin gələcəyi üçün ümidləri daha da gücləndirdi. Hər bir layihə, hər bir infrastruktur yeniliyi Kəlbəcərin həm iqtisadi, həm də mədəni həyatına can verir və Azərbaycanın tarixi torpaqlarının bərpası prosesinin uğurunu simvolizə edir.
Biz Azərbaycan xalqı əminliklə inanırıq ki, Möhtərəm Prezidentimizin Qarabağa Qayıdış Proqramı əsasında dədə-baba yurdlarından didərgin düşmüş bütün soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57

