Vaşinqton sammiti Azərbaycan- ABŞ münasibətlərində yeni mərhələ oldu
29.09.2025 [21:51]
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
2025-ci ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının BMT Baş Assambleyasının 80-ci sessiyasında məzmunlu və əhatəli çıxışı, özünəməxsus analizləri, ideyaları ilə hər kəsin diqqətini cəlb etdi. Çıxışda söylənilən beynəlxalq təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq formatları kimi prioritet mövzuları əhatə etməklə yanaşı, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu qeyd etdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Assambleyanın 80-ci sessiyasında çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğal, etnik təmizləmə və hərbi cinayətlər siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb, adi insan hüquqları kobud şəkildə pozulub. Qeyd olundu ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın fəaliyyəti ərzində öz missiyasını yerinə yetirə bilmədi. Beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə status-kvonu qorumağa calışdı və nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.
Sammitdə Ermənistanın müharibə zamanı şəhərlərimizə ballistik raketlər və kasetli mərmilər ataraq mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətləri də xatırlatdı. Müharibədən sonra dövlətimiz qarşı tərəfə sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi.
Dövlət başçımız Vaşinqton Sammitinin eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu vurğuladı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə imzalanan Anlaşma Memorandumu siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq üfüqləri açır.
2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra dövlətimiz azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistanın işğal dövründə yüzlərlə şəhər və kəndi yerlə-yeksan etməsi, məscidlərin dağıdılması Azərbaycanın qarşısında böyük bərpa və quruculuq missiyası qoydu. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq on minlərlə vətəndaş doğma torpaqlara qayıdaraq yaşayış, iş və təhsil imkanları əldə edib.
Azərbaycan eyni vaxtda həm etibarlı enerji təchizatçısı, həm də bərpaolunan enerji mənbələrinin inkişafında aparıcı ölkə kimi çıxış edir. Hazırda Azərbaycan onlarla ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə qaz ixracında dünya lideridir. Azərbaycanın tranzit imkanları son illərdə sürətlə genişlənib. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin qovşağında yerləşən ölkəmiz Orta Dəhlizdə yükdaşımaların yüz faizə yaxınını təmin edib.
Prezidentimiz xatırlatdı ki, ölkəmiz təbii fəlakətlərdən və münaqişələrdən zərər çəkmiş ölkələrə, o cümlədən COVID-19 pandemiyası dövründə 80-dən çox dövlətə tibbi və maliyyə dəstəyi göstərib.
Prezident İlham Əliyev cənabları Azərbaycanın son illərdə keçdiyi yolu – müharibədə Qələbəni, işğala son qoyulmasını, bərpa işlərinə başlanmasını və sülhün təmin edilməsini tarixi nailiyyətlər kimi təqdim etdi. Bu təcrübə yalnız Azərbaycanın uğuru deyil, həm də beynəlxalq hüququn gec-tez üstünlük təşkil edəcəyinin sübutudur
Möhtərəm Prezidentimizin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, həm də beynəlxalq aləmdəbaş verən proseslərdə fəal iştirakçı olduğunu göstərdi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

