Neqativ meyllərə yox, yeni dünya düzəninə cağırış
01.10.2025 [18:05]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin 25 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında mühüm və tarixi əhəmiyyətli çıxış etdi. Bu çıxış təkcə Azərbaycanın milli maraqlarını beynəlxalq platformada ifadə etməklə kifayətlənməyib, həm də qlobal ədalət, sülh və beynəlxalq hüququn qorunması üçün vacib çağırışlarla yadda qaldı. Cənab Prezidentin nitqi bir tərəfdən Azərbaycanın haqq mübarizəsinin nəticələrini təqdim edir, digər tərəfdən isə dünyaya sülh, əməkdaşlıq və ədalət prinsipləri əsasında qurulmuş yeni münasibətlər sistemini təklif edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın hərbi işğalına məruz qalmasını diqqətə çatdırdı. Bu işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi nəzarətdən çıxmış, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin düşmüşdür. Bu dövr ərzində Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə, mədəni və dini abidələrin məhv edilməsi, ekoloji terror və təxribatlar beynəlxalq hüququn və normaların kobud şəkildə pozulmasının nümunəsi kimi çıxışda xüsusilə vurğulandı.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər yerinə yetirilmədi. Prezident bu faktı beynəlxalq təşkilatların və vasitəçilik mexanizmlərinin təsirsizliyinin və ikili standartların bariz nümunəsi kimi təqdim etdi.
Cənab Prezident onu da vurğuladı ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bu müharibə Azərbaycanın özünümüdafiə hüququna əsaslanaraq həyata keçirilmiş və nəticədə ədalət təmin olunmuşdur. Lakin Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənməmiş, həm də ardıcıl şəkildə sülhün bərqərar olması üçün təşəbbüslər irəli sürmüşdür.
Müharibədən sonra Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırılması, dövlət sərhədlərinin qarşılıqlı tanınması, kommunikasiyaların açılması və sülh sazişinin imzalanması istiqamətində addımlar atılıb. Prezident çıxışında qeyd etdi ki, artıq 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən paraflanmış sülh sazişi bu istiqamətdə ciddi irəliləyişin göstəricisidir. Bu, təkcə iki ölkə arasında deyil, ümumilikdə Cənubi Qafqazda sülh və sabitliyin bərpası üçün önəmli addımdır.
Azərbaycan yalnız regional məsələlərlə kifayətlənməyərək qlobal çağırışlara da cavab verir. Prezident çıxışında bildirdi ki, ölkəmiz iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəal iştirak edir və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırır və bu sahədə qlobal əməkdaşlığa açıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin 80-cı sessiyasındakı şıxışı beynəlxalq aləmə qlobal əməkdaşlığa, sülhə, hüquqa, iqtisadi əlaqələrin inkişafına çağırış olmaqla yanaşı, ikili standartlara, müharibə ritorikasına və neqativ meyllərə qarşı cəsarətli bir bəyanat oldu.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

