3 Oktyabr seçkiləri: Xilaskar liderin xalq iradəsi ilə hakimiyyətə gəlişi
02.10.2025 [20:05]
Azərbaycan Respublikasının müstəqillik tarixində 1993-cü ilin oktyabr seçkiləri xüsusi əhəmiyyətə malikdir. O dövrün reallıqları göstərirdi ki, müstəqil dövlətin qarşısında ciddi sınaqlar dayanmışdı. İqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü və hakimiyyət daxilində parçalanmalar dövlətçiliyi iflic etmişdi.
Ən təhlükəli məqam isə orduda baş verən itaətsizlik idi. Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissələrin dövlət hakimiyyətinə tabe olmaması ölkəni vətəndaş müharibəsi astanasına gətirib çıxarmışdı. Dövlət nümayəndələrinin girov götürülməsi, icra başçılarının zorla dəyişdirilməsi ölkəni xaosa sürükləyirdi. Belə bir vaxtda xalqın yeganə ümid yeri Heydər Əliyev idi.
Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli dəvəti ilə Bakıya gəldi. O, siyasi manevrlər edərək və danışıqlar apararaq vətəndaş qarşıdurmasının qarşısını aldı. 15 iyunda Ali Sovetin sədri seçilməsi ilə ölkədə siyasi rəhbərliyin dayaqları möhkəmləndi. Prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsi isə böhranı daha da dərinləşdirdi. Bu şəraitdə Milli Məclis 23 iyunda prezident səlahiyyətlərini Heydər Əliyevə həvalə etdi.
Xalq öz iradəsini referendumda ifadə etdi. 29 avqustda keçirilən səsvermədə seçicilərin 97,5 faizi Prezident Elçibəyə etimadsızlıq göstərdi. Bu, yeni seçkilərin labüdlüyünü təsdiqlədi.
3 oktyabr 1993-cü ildə keçirilən seçkilər Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Seçkilərdə üç namizəd mübarizə aparsa da, nəticələr xalqın yekdil iradəsini ortaya qoydu. 97,7 faiz seçici seçkilərdə iştirak etdi və onların 98,8 faizi Heydər Əliyevin lehinə səs verdi. Bu nəticə xalqın öz xilaskar liderinə etimadını və onun ətrafında birləşdiyini açıq göstərdi.
10 oktyabrda keçirilən andiçmə mərasimi ilə Heydər Əliyev Azərbaycan Respublikasının üçüncü Prezidenti oldu. Bu mərasim dövlətçiliyimizin yeni mərhələsini – siyasi sabitlik, dövlət quruculuğu və inkişaf dövrünü başlatdı.
1993–1998-ci illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə ölkə parçalanmaq təhlükəsindən xilas oldu, iqtisadiyyat dirçəldildi, beynəlxalq əlaqələr tarazlı xətt üzərində quruldu. 1998-ci ildə keçirilən seçkilərdə onun yenidən qələbəsi bu siyasətin xalq tərəfindən dəstəkləndiyini göstərdi.
3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyi üçün sadəcə bir seçki deyil, həm də tarixi xilaskar anı idi. Bu gün xalq iradəsinin, lider-xalq birliyinin və dövlətin yenidən qurulmasının başlanğıcı oldu.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

