Heydər Əliyev fenomeni xalqın xilaskarı, dövlətin qurucusu
03.10.2025 [14:08]
1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi. Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi şanlı Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin məqsədi Azərbaycanda demokratik, hüquqi dövlət qurulması idi. Bu məqsədə nail olmaq üçün Ulu Öndər rəhbərliyinin ilk illərindən ölkədə siyasi-hüquqi islahatlara start vermişdi. Azərbaycanda ilk parlament seçkiləri keçirildi, çoxpartiyalı siyasi sistem formalaşdı, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu. Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. “Əsrin müqaviləsi” ölkəmizin sosial-iqtisadi dirçəlişinə böyük təsir etmişdir. Ulu Öndər Heydər Əliyev eyni zamanda böyük siyasi iradə nümayiş etdirərək milli dövlətçiliyin, milli mənafelərin qorunmasını hər zaman ilk planda saxlamışdır. Heydər Əliyevin diplomatik bacarığı, beynəlxalq dairələrdəki hörməti Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız İlham Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverenliyi tam bərpa olunmuşdur. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmaq istəyən hər bir qüvvə bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır, irəliləyir və bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

