Strateji tərəfdaşlıqdan dostluğa
07.10.2025 [13:41]
Bu gün Azərbaycan ilə İtaliya arasında siyasi dialoq ən yüksək səviyyədədir və dövlət başçılarının mütəmadi görüşləri əlaqələrin davamlı inkişafını təmin edir. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, iki ölkə arasında 2015 və 2020-ci illərdə imzalanan sənədlər Azərbaycan-İtaliya münasibətlərinin hüquqi bazasını formalaşdırsa da, tərəfdaşlıq əlaqələrini istiqamətləndirən əsas güc məhz ölkə rəhbərləri arasındakı qarşılıqlı etimad və səmimiyyətdən qaynaqlanır.
Ən mühüm məqamlardan biri energetika sahəsində əməkdaşlıqdır. Azərbaycanın nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir. Bu fakt iki ölkə arasında münasibətlərin təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını bir daha vurğulayır. TAP və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr yalnız iqtisadi maraqlar deyil, həm də siyasi iradə sayəsində həyata keçib. Prezident Mattarellanın vaxtilə bu məsələyə şəxsi müdaxiləsi Azərbaycanın təşəbbüslərinin Avropa üçün əhəmiyyətini bir daha təsdiqlədi.
Hazırda əməkdaşlıq daha geniş miqyas alır. Elektrik enerjisinin ixracı üzrə aparılan işlər, Xəzərin dibi ilə Avropaya yönələcək yeni layihələr Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirəcək. Bu, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirməklə yanaşı, İtaliya ilə münasibətlərə əlavə dəyər qatır. Diqqətçəkən digər bir məqam isə humanitar və təhsil sahəsindəki əməkdaşlıqdır. Oktyabrın ilk günü açılışı keçirilmiş İtaliya-Azərbaycan Universiteti iki xalq arasında körpü rolunu oynayır. Burada təhsil alan gənclər gələcəkdə münasibətlərin möhkəmlənməsində əsas missiyanı daşıyacaqlar.
Azərbaycan-İtaliya tərəfdaşlığı Avropa İttifaqı ilə münasibətlər kontekstində də xüsusi əhəmiyyət kəsb edir. İtaliya həmişə Azərbaycanın Aİ ilə əməkdaşlığını dəstəkləyib və bu gün də bu dəstək açıq şəkildə hiss olunur.
Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı bir daha göstərir ki, Azərbaycan və İtaliya arasında tərəfdaşlıq təkcə siyasi sənədlərdə deyil, real həyatda da öz təsdiqini tapır. Bu münasibətlər regionda sabitliyə və inkişafa böyük töhfələr verir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

