Türk dövlətləri vahid ailəni təmsil edir
08.10.2025 [20:02]
Qəbələdə baş tutmuş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü ilk növbədə Azərbaycanın artıq bu təşkilatın lokomotiv qüvvə funksiyası daşıdığına bariz nümunədir. Çünki davamlı olaraq bu təşkilatla bağlı mühüm görüşlərin və həlledici qərarların məhz Azərbaycanın ev sahibi olduğu toplantılarda baş tutmasını, eyni zamanda rəsmi Bakının təşəbbüsü ilə qəbul edilən qərarları da nəzərə alsaq, o zaman TDT üçün hərəkətverici qüvvə olaraq Azərbaycanı göstərmək tam haqlı mövqe sayılmalıdır.
Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.
TDT-nin gündəliyində bu dəfə “sülh və təhlükəsizlik” mövzusunun önə çəkilməsi təsadüfi deyil. Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına xarici siyasətində ən böyük önəm verən türk dünyasının liderlərindən biri kimi tanınır. Ölkəsini qardaş Türkiyə ilə yanaşı qurumun əsas aparıcı iki ölkəsindən birinə çevirməsi, eləcə də, TDT-nin toplantılarının keçirilməsi üçün əsas məkanlardan biri kimi Azərbaycanın seçilməsi heç də təsadüfi qəbul olunmur.
Prezident dedi ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti olub.
Ellada Hacıyeva,
YAP Qusar rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17

