Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatında “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub

YAP Gəncə şəhər təşkilatında “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub

09.10.2025 [16:00]

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı sədri Bayram Aslanov, YAP Gəncə şəhər təşkilatının kollektivi və gənclər iştirak ediblər.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı sədri Bayram Aslanov çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının haqq, ədalət uğrunda mübarizə aparmaq əzmi bütün dünyaya nümayiş etdirildi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

Bayram Aslanov onu da xüsusi ilə vurğulayıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olan Hadrut əməliyyatına həsr olunan, real hadisələr əsasında ərsəyə gələn “Hadrut, sən azadsan!” sənədli filmi gənclərdə dərin vətənpərvərlik hissi oyatmaqla yanaşı, onlara tarixi həqiqətləri daha yaxından öyrənmək imkanı yaradır.

Qeyd edək ki, ekran əsəri Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunması planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb.

Filmdə əməliyyata qərar verilməsindən, əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə təkrarolunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31