Füzuli şəhəri - davamlı inkişaf strategiyasının bariz nümunəsi
17.10.2025 [11:52]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
17 oktyabr tarixi xalqımız üçün qürur və iftixar günü kimi yaddaşlara həkk olunub. Məhz həmin gün – 2020-ci il oktyabrın 17-də qəhrəman Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etməklə Vətən müharibəsinin gedişində strateji dönüş nöqtəsi yaradıb. Bu tarixi Qələbə həm xalqın birliyinin, həm də dövlətin gücünün parlaq təzahürünə çevrilib.
Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan Füzuli ərazisi 1386 kvadratkilometr sahəni əhatə edir. Rayonun sərhədləri Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları, həmçinin Araz çayı boyunca İranla uzanır. Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə axır və bölgənin təbii zənginliyini artırır.
Füzulinin əsası 1827-ci ildə qoyulmuş, 1930-cu ildə Qaryagin adı ilə inzibati rayon kimi formalaşmışdır. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin adını daşımağa başlaması ilə bu torpaq elm, mədəniyyət və mənəviyyat ocağına çevrilmişdir.
Füzuli qədim türbələri, memarlıq nümunələri və dini abidələri ilə tariximizi təcəssüm etdirir. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsi, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbə, XIX əsrin Cəlil türbəsi bu torpağın qədim mədəniyyətinin göstəricisidir. Bu abidələr bir vaxtlar məhv edilsə də, artıq yenidən dirçəlir, bərpa olunur.
1993-cü il oktyabrın 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 400-dək sakin müharibə əlili oldu, 663 nəfər şəhidlik zirvəsinə ucaldı, 181 nəfər isə itkin düşdü. Rayonun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-də ordumuz tərəfindən azad olunsa da, şəhərin tam qurtuluşu üçün bundan sonra 26 il gözləmək lazım gəldi.
2020-ci ilin Vətən müharibəsində başlanan əks-hücum əməliyyatlarında Füzuli uğrunda gedən döyüşlər ən çətin və həlledici mərhələlərdən biri oldu. Ermənistan ordusu bu bölgədə illərlə möhkəmlənmiş istehkamlar qurmuşdu, lakin Müzəffər Ordumuzun döyüş ruhu və peşəkarlığı qarşısında tab gətirə bilmədi. Düşmən ordusu sarsıldı, bir neçə müdafiə xətti yarıldı və 17 oktyabrda Füzuli şəhəri azad edildi. Bu qəhrəmanlığa görə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis olundu və 25 mindən çox hərbi qulluqçu bu medalla təltif edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi Füzulidə xüsusi sürətlə gedir. Rayonun baş planı 2023-cü il martın 18-də təsdiqlənib. Qısa müddətdə burada “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları və müasir nəqliyyat infrastrukturu yaradılıb.
Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. Ən qürurverici layihələrdən biri isə Füzuli Beynəlxalq Hava Limanıdır. Bu hava limanı cəmi səkkiz ay ərzində inşa edilərək Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb.
2023-cü il avqustun 18-dən etibarən Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. İlk mərhələdə 144 ailə doğma yurduna qovuşub. İndiyə qədər 824 ailə – 3141 nəfər Füzulidə məskunlaşıb. 2026-cı ilin sonunadək burada 22 min insanın yaşaması planlaşdırılır. Bu, Böyük Qayıdış Proqramının real nəticəsidir.
Füzuli həm də beynəlxalq həmrəyliyin təntənəsinə çevrilib. Qardaş Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə burada Mirzə Uluqbəy adına müasir məktəb tikilib. Məktəbin maddi-texniki bazası, laboratoriyaları və idman infrastrukturu yüksək səviyyədədir.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd olunur. Həmin gün təkcə bir şəhərin azadlığı deyil, həm də bərpa və quruculuq iradəsinin bir təzahürüdür.
2024-cü il martın 12-də isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Prezident İlham Əliyev Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu mərkəz iki xalqın dostluğunun, mədəni həmrəyliyinin və ortaq gələcəyə inamının bariz göstəricisidir.
Füzuli hazırda həm tarixin izlərini qoruyur, həm də gələcəyə baxan müasir şəhər kimi formalaşır. Qəhrəmanlıqla yazılmış bu tarix indi yenidənqurma və rifah mərhələsində özünün ən parlaq səhifələrini yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14

