Zəngilan – Zəfərlə doğulan şəhərimiz
20.10.2025 [09:53]
Tarix çox zaman şəhərlərin adını yaddaşlara qızıl hərflərlə yazır. Amma elə şəhərlər var ki, onların adını xalqın qanı, şəhidlərin canı, Ali Baş Komandanın iradəsi yazır. Məhz Zəngilan belə şəhərlərdən biridir — Azərbaycanın Zəfər salnaməsində xüsusi yer tutan müqəddəs torpaq.
20 oktyabr – Zəngilan şəhəri günü... Bu tarix təkcə bir şəhərin azad edilməsi deyil, xalqın qürurunun, ədalətin bərpasının, Vətən sevgisinin təntənəsidir. O gün Azərbaycan əsgəri 27 illik həsrətə son qoydu, Oxçu çayının sahilində azan səsi, Arazın üstündə üçrəngli bayraq dalğalandı. O bayraq ki, onun uğrunda minlərlə igid döyüşçü canını fəda etdi, şəhidlik zirvəsinə ucaldı. Zəngilanın azad edilməsi təkcə hərbi qələbə deyildi, bu, Azərbaycan dövlətinin siyasi iradəsinin və Prezident İlham Əliyevin qətiyyətinin bariz göstəricisi idi. Cəmi bir neçə gün ərzində ardıcıl və planlı əməliyyatlarla, dəmir yumruğun gücü, xalqın birliyi və ordu ilə dövlətin sıx əlaqəsi nəticəsində Zəngilan işğaldan azad edildi. Bu, həm də milli birliyin, xalq–dövlət vəhdətinin parlaq nümunəsi idi.
Bu gün Zəngilan yenidən doğulur. Cəmi bir neçə ilə “ağıllı şəhər”, “yaşıl enerji” prinsipləri ilə qurulan Zəngilan artıq Azərbaycanın gələcəyinin rəmzinə çevrilib. Burada ağıllı kəndlər, müasir məktəblər, yeni yollar, hava limanı, fərdi yaşayış evləri salınır. Bu dirçəlişin hər bir daşında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın imzası, diqqəti, qayğısı var. Zəngilan artıq təkcə coğrafi məkan deyil, qələbə ruhunun, yenidənqurulan Azərbaycanın simvoludur.
Bu gün biz Zəngilanı anmaqla yanaşı, Zəngilanı quran, qoruyan, azad edən qəhrəmanlarımızı da xatırlayırıq. Onların ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlıq hissi ilə “Zəfər Səninlə fəxr edir, Azərbaycan əsgəri!” deyirik. Zəngilanın azadlığı bütün Azərbaycanın azad ruhudur.
Biz, xalq olaraq, bu qüruru, bu ruhu hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə qorumağa hazırıq. Çünki Zəngilan təkcə bir şəhərin deyil, bütün Azərbaycanın qürurudur.
Zəngilan azaddır – Azərbaycan Zəfərlə yaşayır!
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

