Nəsimi rayonunda “Dirçəliş Qarabağım” adlı təsviri sənət müsabiqəsi keçirilib
07.11.2025 [12:34]
Noyabrın 8-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər günü münasibətilə “Dirçəliş Qarabağım” adlı təsviri sənət müsabiqəsi üzrə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbiri açaraq Zəfər Günü ilə bağlı ölkəmizdə formalaşmış yüksək ehtiram və qürur hissindən danışıb. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, Azərbaycan Ordusunun rəşadəti və xalq-dövlət birliyi nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyulub:
“Biz bu gün ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş qalib bir xalqıq. Bu möhtəşəm Zəfər hər birimizin qəlbində böyük qürur, vətənə bağlılıq və məsuliyyət hissi yaradır. Qalib ölkənin vətəndaşı olmaq həm şərəf, həm də gələcək qarşısında borcdur.”
O vurğulayıb ki, gənc nəslin milli ruhda formalaşması istiqamətində keçirilən bu tip tədbirlər mühüm əhəmiyyət daşıyır.
Daha sonra 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva çıxış edərək “Dirçəliş Qarabağım” müsabiqəsinin tədris və tərbiyəvi əhəmiyyətindən söz açıb:
“Məktəblilər bu müsabiqə vasitəsilə Zəfər tariximizi təkcə öyrənmir, onu hiss edir, yaşayır və sənətdə ifadə etməyi bacarırlar. Bu, vətənpərvərlik tərbiyəsinin ən təsirli formalarından biridir.”
O qeyd edib ki, müsabiqəyə təqdim olunan rəsmlər Qarabağın azad edildikdən sonrakı yenidən quruluş, dirçəliş və həyatın qayıdışı motivlərini əks etdirib.
Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri və veteranlar döyüş yolundan, döyüş yoldaşlarının qəhrəmanlığından, Qarabağın azad olunması uğrunda göstərilən fədakarlıqlardan söz açıblar. Onlar bildiriblər ki, Zəfər Gününün mənası yalnız qələbə ilə məhdudlaşmır — bu, Azərbaycan xalqının birlik və ruhunun sarsılmazlığının rəmzidir.
Qazilər gənclərə müraciət edərək: “Vətəni sevməyi, qorumağı, dəyər verməyi, tarixi yaddaşı qorumağı, Qarabağ Zəfərinin əbədiliyini daim yaşatmağı tövsiyə ediblər.
Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük minnətdarlıq və ehtiramla qarşılanıb.
Tədbirin sonunda müsabiqə iştirakçıları tərəfindən çəkilmiş rəsmlərə baxış keçirilib və qiymətləndirildikdən sonra qaliblər təltif olunub.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

