Qalib xalqın bayrağı
09.11.2025 [19:57]
Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan Respublikasının Şərqin ilk demokratik dövləti olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması son dərəcə qürurverici bir haldır. Məlum olduğu kimi, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilərək, həmin iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət bayrağı günü kimi qeyd edilir. 2020-ci ilin noyabr ayının 8-də müqəddəs Bayrağımız azad olunmuş Şuşada ucaldıqdan sonra artıq beşinci ildir ki, Azərbaycan xalqı bu günü xüsusi ruh yüksəkliyi ilə, qalib xalq olaraq qeyd edir.
2023-cü il sentyabr ayının 19-da keçirdiyi antiterror əməliyyatının nəticəsi olaraq Azərbaycan artıq ölkənin bütün ərazisində öz suverenliyini tam təmin etdi və oktyabr ayının 15-də Ölkə Prezidenti, Silahlı Qüvvələimizin Ali Baş Komandanı cənab İlham Əliyev otuz illik fasilədən sonra Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə müqəddəs bayrağımızı, qalib ölkənin bayrağını qaldırdı. Bu möhtəşəm gün Azərbaycan tarixinə ən şərəfli günlərdən biri kimi yazıldı.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

