Azərbaycan Konstitusiyasının 30 illik yolu
12.11.2025 [15:31]
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Müstəqil dövlətin yeni və müasir Konstitusiyasının hazırlanması Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilir.
Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, “elə bir layihə hazırlanmalı və elə bir Konstitusiya qəbul edilməlidir ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”
Konstitusiyada hakimiyyət bölgüsü prinsipi – ali icra, qanunvericilik və məhkəmə hakimiyyətinin ayrılığı – xalqın iradəsinə söykənərək, demokratik seçkilər yolu ilə təmin edilməlidir. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiya layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi.
Həmin gün həm də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunmağa başlanıldı.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi üçün hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Əsas Qanun qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə əsaslanılmış, hüquq sistemimiz üçün yeni bir təsisat – Konstitusiya ədalət mühakiməsi orqanı yaradılmış və bu təsisatın dövlət hakimiyyəti sistemindəki yeri və rolu müəyyən edilmişdir.
Son 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələbləri ilə bağlı olaraq Konstitusiyamıza bir neçə dəfə mühüm dəyişikliklər və əlavələr edilmişdir. Bu dəyişikliklər dövlətimizin sosial-iqtisadi əsaslarının möhkəmlənməsi, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatı, sosial dövlət prinsiplərinin gücləndirilməsi məqsədi daşıyırdı.
Nəticədə Azərbaycan Respublikasının Konstitusiyası daim təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmış, müasir dövlət idarəçiliyinin hüquqi dayağına çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin, cəmiyyətimizin və demokratik dəyərlərimizin inkişafının hüquqi bazası olmaqla yanaşı, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamlı inkişafına güclü təkan verir.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

