Konstitusiya - sabit inkişaf, hüquqi nizam və suverenliyin təminatçısı
13.11.2025 [14:15]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Konstitusiyası xalqın dövlətçilik iradəsini, milli dəyərlərini və hüquqi düşüncəsini özündə əks etdirən ən ali qanunvericilik sənədidir. Bu sənəd yalnız hüquqi çərçivə deyil, həm də dövlətin siyasi, mənəvi və ideoloji dayağıdır. Konstitusiyanın qəbulu ilə Azərbaycan dövlətçiliyi özünün tam hüquqi əsasını, idarəetmə prinsiplərini və cəmiyyətin inkişaf strategiyasını müəyyənləşdirmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən bu Əsas Qanun müasir dövrün çağırışlarına cavab verən, demokratik və hüquqi dövlətin təməllərini formalaşdıran mühüm tarixi sənəddir. Ümummilli Lider bu barədə deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Həmin fikir Ulu Öndərin dövlətçilik fəlsəfəsinin və gələcəyə yönəlmiş strateji baxışının bariz ifadəsidir.
Azərbaycanın konstitusiya quruluşunun tarixi kökləri XX əsrin əvvəllərinə — xalqımızın istiqlal mübarizəsinin yüksəliş dövrünə gedib çıxır. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi tarixə düşsə də, dövlətin əsas qanununu qəbul etməyə imkan tapmamışdır. Lakin həmin dövrdə formalaşmış demokratik dəyərlər və hüquqi dövlət ideyası sonrakı konstitusiya proseslərinin ideoloji əsasını təşkil etmişdir.
Azərbaycan SSR dövründə isə dövlətin idarəetmə prinsiplərini və hüquqi çərçivəsini müəyyən edən bir neçə Konstitusiya qəbul olunmuşdur. 1921, 1927 və 1937-ci illərdə qəbul edilən konstitusiyalar sosialist sisteminin siyasi quruluşunu əks etdirirdi. Xüsusilə, 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in sonuncu Konstitusiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir dəyişikliklə tarixə düşdü. Onun təklifi ilə sənədin 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi. Bu, milli kimliyin qorunması və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm siyasi-hüquqi hadisə idi.
1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi dəyişikliklər və islahatlar Azərbaycan SSR-in Konstitusiyasına da təsir göstərdi. Əlavə və dəyişikliklər edilməklə sənədin mahiyyəti yeniləndi.
1991-ci il oktyabrın 18-də qəbul olunmuş ““Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ölkəmizin suveren hüquqlarını təsdiqləsə də, həmin dövrdə dövlətin siyasi və hüquqi idarəetmə sistemləri hələ formalaşmamışdı. 1991–1993-cü illərdə ölkədə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və anarxiya hökm sürürdü. Dövlət idarəçiliyi mexanizmləri iflic vəziyyətinə düşmüş, qanunçuluq prinsipləri pozulmuşdu. Bu mürəkkəb şəraitdə xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni xaosdan xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin olundu, qanunçuluq bərpa edildi və müasir dövlət quruculuğu üçün etibarlı hüquqi əsas formalaşdı. Bu mərhələdən etibarən yeni Konstitusiyanın hazırlanması dövlətin strateji məqsədinə çevrildi.
Ulu Öndərin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyası 1995-ci ildə müasir dövrün tələblərinə cavab verən layihəni hazırladı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs verdi. Bu, xalqın dövlətçiliyə olan etimadının və gələcəyə inamının təntənəsi idi.
Yeni Konstitusiya dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, hakimiyyət bölgüsünü, insan hüquq və azadlıqlarını, seçki azadlığını və qanunun aliliyini təmin edən prinsipləri təsbit etdi. Sənədin 48 maddəsinin bilavasitə insan hüquq və azadlıqlarına həsr olunması onun humanist mahiyyətini nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi. 1996-cı il 1 noyabr tarixli Fərmanla həmin günün təntənəli şəkildə qeyd edilməsi qərara alındı və o vaxtdan bu tarix dövlətçilik ənənəsinin təntənəsinə çevrildi.
1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi dövlətin hüquqi sistemində mühüm yer tutur. 1997-ci il oktyabrın 21-də qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanun və 1998-ci il iyulun 18-də imzalanmış müvafiq Fərmanla bu məhkəmənin müstəqilliyi, hakimlərin hüquqi statusu və səlahiyyətləri müəyyənləşdirildi. Konstitusiya Məhkəməsinin əsas missiyası dövlət orqanlarının və vətəndaşların hüquq münasibətlərində Əsas Qanuna uyğunluğu təmin etmək, qanunların və qərarların konstitusiyaya zidd olmamasına nəzarət etməkdir. Bu təsisat ölkəmizdə hüquqi dövlət quruculuğunun mühüm göstəricisinə çevrilmişdir.
Zamanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasına bir neçə dəfə referendum yolu ilə dəyişikliklər edilmişdir. 2002-ci il avqustun 24-də keçirilən referendumda 24 maddəyə 29 dəyişiklik edilərək, dövlət institutlarının fəaliyyətində çeviklik və şəffaflıq artırıldı. 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan çox əlavə və dəyişiklik daxil edildi. Bu dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının təminatının gücləndirilməsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə yönəlmişdi.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər həyata keçirildi. İdarəetmə sistemində yeniliklər tətbiq olundu, Birinci vitse-prezidentlik institutu yaradıldı və dövlət aparatının daha çevik, müasir idarəetmə modelinə uyğun fəaliyyətinə zəmin yarandı. Bu islahatlar hüquqi dövlətin daha da təkmilləşdirilməsi və insan hüquqlarının təminat mexanizmlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Tarixi nailiyyətləri və Konstitusiyanın qəbulunun 30 illiyini nəzərə alaraq, 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmiş, müvafiq Tədbirlər Planı təsdiq olunmuşdur. Bu qərar həm hüquqi dövlətçilik ənənələrinə ehtiramın, həm də müasir mərhələdə milli birliyin və dövlət müstəqilliyinin təzahürü kimi mühüm əhəmiyyət daşıyır.
2025-ci il 10 oktyabr tarixli Qanunla təsis edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı müstəqil dövlətin hüquqi və demokratik inkişafına töhfə vermiş şəxslərin fəaliyyətinə verilən yüksək dövlət mükafatıdır. Bu medal Konstitusiyanın əhəmiyyətinə və onun qorunması uğrunda göstərilən xidmətlərə verilən ən ali dəyər kimi tarixə düşmüşdür.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Konstitusiyanın prinsipləri real dövlət siyasətinin aparıcı istiqamətinə çevrilmişdir. Əsas Qanun müasir dövrdə sabit inkişafın, hüquqi nizamın və suverenliyin təminatçısı kimi, Azərbaycan xalqının milli qürurunun və dövlət müstəqilliyinin simvolu olaraq qalmaqdadır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

