Nəsimi rayonunun seçiciləri cənab İlham Əliyevə səs verdilər
11.10.2013 [10:22]
9 oktyabr seçkilərində bu rayonda yüksək seçici fəallığı müşahidə olunub
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Birmənalı olaraq bildirmək yerinə düşər ki, bundan öncəki seçkilərdə olduğu kimi, bu mühüm kampaniyada da xalqımız fəallıq göstərərək öz siyasi iradəsini ifadə etdi. Belə ki, səhər erkən seçki məntəqələrinə üz tutan vətəndaşlarımız azad və sərbəst şəkildə öz seçimlərini ediblər. Yeri gəlmişkən, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, vətəndaşların bu seçkidə göstərdiyi aktivliyi yüksək qiymətləndirdiklərini bəyan ediblər.
Qeyd edək ki, səsvermə prosesi Bakının Nəsimi rayonunda da yüksək səviyyədə baş tutub. Ümumiyyətlə, Nəsimi rayonu üzrə 3 seçki dairəsi fəaliyyət göstərir. Belə ki, 21 saylı Nəsimi I seçki dairəsinin 29 məntəqəsi, 34 min 948 seçicisi var. 28 məntəqəsi olan 22 saylı Nəsimi II seçki dairəsində 37 min 678 seçici qeydiyyatdadır. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin bu rayon üzrə 21 məntəqəsi və 35 min 7 nəfər seçicisi var.
Nəsimi rayonunda bütün seçki məntəqələrində seçki günü səsvermə prosesi yüksək səviyyədə həyata keçirilib. Bu rayonda prezident seçkilərinin azad və demokratik keçirilməsi istiqamətində bütün lazımi addımlar atılıb.
Seçki məntəqələrini müşahidə etdiyimiz zaman da bu fakt bir daha öz təsdiqini tapdı. Eləcə də, söhbətləşdiyimiz müşahidəçilər səsvermənin yüksək səviyyədə baş tutması üçün bütün şəraitin yaradıldığını vurğulayıblar. Məsələn, müşahidəçilərdən Azər Süleymanov səsvermənin gedişi zamanı hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirib: “Vətəndaşlar öz hüquqlarından sərbəst şəkildə istifadə edərək seçimlərini ediblər. Texniki təchizat baxımından da məntəqələr tam təmin olunub ki, bu da hansısa problemin ortaya çıxmasını istisna edir”.
Digər müşahidəçi Şakir Musayev də səsvermənin gedişində heç bir qanun pozuntusuna rast gəlmədiyini deyib: “Bütün insanlar öz seçki hüquqlarından tam istifadə edirlər. Seçicilərin normal səs verməsi üçün tam şərait yaradılıb. Bu fakt onu göstərir ki, Azərbaycanda ildən-ilə seçki təcrübəsi təkmilləşir, müasir seçki texnologiyalarından səmərəli istifadə olunur”.
Həmsöhbətimiz olan seçicilər də öz mövqelərini sərbəst şəkildə ifadə etdiklərini bildiriblər. Vəfa Kərimova səsvermənin təşkilindən razılıq ifadə edib. Onun fikrincə, seçkilərin tam qanunauyğun şəkildə keçirilməsi onu göstərir ki, ölkəmizdəki seçkilər, səsvermə prosesi beynəlxalq standartlara cavab verir: “Mən bu seçkilərdə cənab İlham Əliyevə səs verdim. Çünki hesab edirəm ki, Azərbaycanın işıqlı gələcəyi Prezident İlham Əliyevlə bağlıdır”.
Digər seçici Rahib Qəhrəmanov da bildirib ki, ölkəmizdə keçirilən seçkilər Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyini göstərir: “Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı işıqlı sabaha çıxardı. Bu gün Prezident İlham Əliyev Ulu öndərimizin siyasətini uğurla davam etdirir. Mən bu seçkilərdə cənab İlham Əliyevə səs verdim. İnanıram ki, Prezidentimiz növbəti 5 ildə də ölkəmizin inkişafı istiqamətində böyük nailiyyətlər qazanacaq”.
Qeyd edək ki, Nəsimi rayonunda səsvermənin gedişini çoxsaylı yerli və xarici müşahidəçilər də izləyib. Onlar səsvermənin təşkilindən və seçicilərin fəallığından razı qaldıqlarını bildiriblər.
Onu da bildirək ki, Nəsimi rayonunda dairələr üzrə nəticələr də xalqın cənab İlham Əliyevə etimadının nə qədər yüksək olduğunu təsdiqlədi. Belə ki, 21 saylı Nəsimi I seçki dairəsi üzrə səs verən seçicilərin 83 faizi cənab İlham Əliyevə səs verib. Bu göstərici 22 saylı Nəsimi II seçki dairəsində 87 faiz, 23 saylı Nəsimi-Səbail seçki dairəsində isə 82 faiz olub.
YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı hesab edir ki, insanların bu seçiminin ciddi əsasları var. Onun sözlərinə görə, cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən ölkəmizdə böyük işlər görür: “Xarici siyasət, daxili siyasət, hümanitar, sosial və digər sahələrdə böyük islahatlar aparılır. Adətən, namizədlər seçki kampaniyası dövründə, ən yaxşı halda seçkiöncəsi müəyyən hazırlıq görməyə başlayırlar, ictimai-siyasi fəallıqlarını artırırlar və gündəmdə olmağa çalışırlar. Amma zaman dəyişib. Biz XXI əsrdə yaşayırıq. İnsanlar vədlərə, populist çıxışlara inanmırlar, insanlar bu gün konkret işlərə, konkret əməllərə, real işlərə səs verirlər. Bu gün hörmətli Prezidentimizin gördüyü işlər, fəaliyyəti göz qabağındadır. Prezidenimizin gördüyü böyük işlərin, böyük layihələrin nəticələri, təməlqoyma mərasimlərindən danışsaq, buna vaxt yetməz. Təkcə son 5 ili götürsək, gərək bu barədə günlərlə danışaq”.
Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin xarici siyasətdə ən böyük uğurlarından biri Azərbaycanın BMT Təhlükəzilik Şurasına qeyri-daimi üzv seçilməsidir. “50-70 illik müstəqilliyi olan dövlətlər bu statusu hələ qazana bilməyiblər. Amma Azərbaycan 20 illik müstəqilliyi tarixində bu statusu qazandı və mütləq əksəriyyətlə. Bu xalqımızın, dövlətimizin uğurudur. Bu gün Azərbaycan elə bir inkişaf kursu götürüb ki, bölgələrimiz Avropanın inkişaf etmiş ölkələrinin bölgələrinə bənzəyir. 2004-cü ildə Prezidentimiz cənab İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına imza atdı və bunun nəticəsində bölgələrdə böyük quruculuq işləri görülməyə başlandı. Daha sonra isə bu inkişaf rayon mərkəzlərindən kəndlərə doğru aparıldı. Dünyanın əksər ölkələrində iqtisadi böhran hökm sürdüyü vaxtda Azərbaycan inkişaf edir. Elə bir layihə yoxdur ki, dayansın. Amma Avropada böyük layihələr yarımçıq qalıb” - deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı həm də bu inkişafın birbaşa iştirakçısıdır. “Xalq Prezidentimizin apardığı siyasətin fəal iştirakçısıdır. Ona görə insanlar böyük məmnuniyyətlə cənab İlham Əliyevə səs verdilər. Düzdür, problemlərimiz var, cənab İlham Əliyev də bunu inkar etmir, həmin problemlərin həlli ilə məşğul olur. Əminəm ki, qarşıdakı 5 ildə həllini gözləyən problemlər, eləcə də, bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ciddi nəticələr olacaq” - deyə, M.İbrahimqızı vurğulayıb.
Rayon təşkilatının sədrinin fikrincə, Nəsimi rayonunda seçkilər zamanı insanların fəallığı və cənab İlham Əliyevə səs verməsi, məhz Prezidentimizin milli maraqlarımıza söykənən siyasəti ilə bağlıdır. Çünki insanlar ölkəmizin bundan sonra da inkişafını istəyir və bu inkişafı yalnız Prezident İlham Əliyevin timsalında görürlər.
M.İbrahimqızı seçki prposesində gənclərin fəallığını da yüksək qiymətləndirib. O, eyni zamanda, müxalifətin seçki prosesindəki vəziyyətinə münasibət bildirib: “Azərbaycan xalqı bu seçkilərdə radikal müxalifətə bir dəfəlik “yox” dedi. Onların bu müddət ərzində milli maraqlarımıza zidd fəaliyyəti iflasla nəticələndi. Bu iflas da xalqımızın bu düşərgəyə münasibətinin nəticəsidir. Bu mənada hesab edirəm ki, destruktiv müxalifət siyasi səhnədən birdəfəlik getməlidir. Cəmiyyətimiz üçün konstruktiv müxalifət lazımdır. Mən düşünürəm ki, destruktiv müxalifət seçkilərdəki bu məğlubiyyətdən nəticə çıxararaq xoşluqla siyasi səhnədən gedəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36

