Nəsimi rayonunda YAP-ın 33-cü ildönümünə həsr olunan növbəti tədbir keçirilib
21.11.2025 [17:00]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, YAP-ın Nəsimi Rayon Təşkilarının sədri Azər Süleymanov, universitetin professor - müəllim heyəti, tələbələri və partiya üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra YAP-ın tarixi və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev YAP-ın ölkəmizin siyasi tarixində və ictimai inkişafında oynadığı mühüm rolu vurğulayaraq qeyd edib ki, bu gün təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun gələcəyinə istiqamət verən ideyaların formalaşdığı siyasi təşkilatın təsis olunduğu əlamətdar günüdür.
A.Nağıyev çıxışında YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci ilin çətin tarixi şəraitində Ulu Öndər Heydər Əliyevə ünvanlanan müraciət və onun bu çağırışa müsbət cavabı ölkənin gələcək inkişafının ideoloji əsaslarını formalaşdırdı.
Rektor bildirib ki, partiyanın yaranmasından sonra həm Heydər Əliyevin, həm də 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, siyasi, sosial və iqtisadi sahələrdə böyük nailiyyətlər qazanıb. YAP-ın beynəlxalq arenadakı nüfuzu da onun artıq regional yox, qlobal miqyasda tanınan siyasi qüvvəyə çevrildiyini göstərir.
A.Nağıyev qeyd edib ki, BSU-nun kollektivi YAP-ın fəaliyyətə başladığı ilk günlərdən etibarən Ulu Öndərin ideyalarına sadiqlik nümayiş etdirib və bu gün də cənab Prezident İlham Əliyevin apardığı siyasətin fəal dəstəkçiləridir. Tədbirdə həm partiyanın ilk üzvlərinin, həm də gənc fəallarınının iştirakı Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin bu gün də aktual olduğunu sübut edir.
YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxışında bildirib Ii, YAP-ın Nəsimi Rayon Təşkilatı ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malikdir və BSU-nun ərazi partiya təşkilatı da öz fəallığı, təşəbbüsləri və partiyanın ideya-siyasi xəttinin təbliğində göstərdiyi ardıcıl işi ilə seçilir. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt, həmçinin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkənin ərazi bütövlüyü tam bərpa olunub. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri Azərbaycanın gücünü və qətiyyətini dünyaya göstərib.
Tədbirdə digər çıxışçılar da YAP-ın keçdiyi inkişaf yoluna nəzər salaraq, onun ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu xüsusi vurğulayıblar. Bildirilib ki, YAP-ın tarixi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə və müəllifi olduğu siyasi xəttə söykənir. Partiyanın fəaliyyət illəri ərzində əldə olunan nailiyyətlər – ölkədə sabitliyin bərqərar olması, siyasi və iqtisadi islahatların ardıcıl həyata keçirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin güclənməsi – həmin xəttin uğurlu nəticələridir.
Tədbir YAP-ın Nəsimi Rayon Təşkilatının ictimai-siyasi həyatında yüksək fəallığı ilə seçilən bir qrup partiya üzvünün təltif olunması və YAP-ın himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Dekabr 13:02
Hadisə
11 Dekabr 12:59
İqtisadiyyat
11 Dekabr 12:57
İqtisadiyyat
11 Dekabr 12:55
YAP xəbərləri
11 Dekabr 12:52
Gündəm
11 Dekabr 12:32
Sosial
11 Dekabr 11:43
Siyasət
11 Dekabr 11:42
Sosial
11 Dekabr 11:32
Siyasət
11 Dekabr 11:20
İqtisadiyyat
11 Dekabr 11:15
YAP xəbərləri
11 Dekabr 11:08
İqtisadiyyat
11 Dekabr 10:58
Sosial
11 Dekabr 10:48
Analitik
11 Dekabr 10:45
Analitik
11 Dekabr 10:30
Analitik
11 Dekabr 10:12
Analitik
11 Dekabr 09:56
Siyasət
11 Dekabr 09:43
Ədəbiyyat
11 Dekabr 09:38
MEDİA
11 Dekabr 09:15
Sosial
11 Dekabr 08:50
Gündəm
11 Dekabr 08:45
Sosial
11 Dekabr 08:33
Xəbər lenti
11 Dekabr 08:14
İdman
10 Dekabr 23:56
Sosial
10 Dekabr 23:42
YAP xəbərləri
10 Dekabr 23:19
YAP xəbərləri
10 Dekabr 22:47
Xəbər lenti
10 Dekabr 22:44
Dünya
10 Dekabr 22:28
Sosial
10 Dekabr 22:10
Hadisə
10 Dekabr 21:53
Sosial
10 Dekabr 21:38
YAP xəbərləri
10 Dekabr 21:16
Dünya
10 Dekabr 20:49
YAP xəbərləri
10 Dekabr 20:35
İqtisadiyyat
10 Dekabr 20:17
Dünya
10 Dekabr 19:56
İqtisadiyyat
10 Dekabr 19:38
YAP xəbərləri
10 Dekabr 19:13
İqtisadiyyat
10 Dekabr 19:05
Gündəm
10 Dekabr 19:03
Elm
10 Dekabr 19:02
Elm
10 Dekabr 19:01
Elm
10 Dekabr 19:00
Gündəm
10 Dekabr 18:55
YAP xəbərləri
10 Dekabr 18:41
YAP xəbərləri
10 Dekabr 17:30
YAP xəbərləri
10 Dekabr 16:28
Siyasət
10 Dekabr 16:07
YAP xəbərləri
10 Dekabr 16:05
YAP xəbərləri
10 Dekabr 16:04
İqtisadiyyat
10 Dekabr 16:02
Sosial
10 Dekabr 15:59
YAP xəbərləri
10 Dekabr 15:40
İqtisadiyyat
10 Dekabr 15:21
YAP xəbərləri
10 Dekabr 15:03
YAP xəbərləri
10 Dekabr 15:00
YAP xəbərləri
10 Dekabr 14:49
YAP xəbərləri
10 Dekabr 14:47
Hadisə
10 Dekabr 14:42
Dünya
10 Dekabr 14:19
Hadisə
10 Dekabr 14:15
Sosial
10 Dekabr 13:56
Dünya
10 Dekabr 13:42
Dünya
10 Dekabr 13:20
Dünya
10 Dekabr 12:59
Xəbər lenti
10 Dekabr 12:53
Gündəm
10 Dekabr 12:52

