Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Slovakiya münasibətləri dinamik inkişaf mərhələsinə daxil olub

Azərbaycan Slovakiya münasibətləri dinamik inkişaf mərhələsinə daxil olub

11.12.2025 [18:39]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Slovakiya əlaqələrinin strateji müstəviyə yüksəldiyini nümayiş etdirdi. Dövlət başçısı cənab İlham Əliyev bəyanatında Slovakiya ilə münasibətlərin qarşılıqlı etimada, dostluğa və praktiki əməkdaşlığa əsaslandığını vurğulayaraq bildirib ki, bu səfər təkcə rəsmi xarakter daşımır, həm də gələcək layihələr üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanatında qeyd etdi ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.Bu gün Azərbaycan öz xarici siyasət prioritetlərini uyğun siyasət həyata keçirir. Ölkəmiz Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynamaqla yanaşı infrastruktura, bağlantılara, nəqliyyat sektoruna mühüm sərmayələr yatırır. Məhz bu amillər Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevirir. Ölkəmiz Orta Dəhliz layihəsinin fəal iştirakçısı olaraq Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşruta malikdir. Azərbaycanla Slovakiya arasındakı əlaqələrin inkişafında bu sahənin çox böyük potensialı var. Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə, ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və birliyinə malik olan dövlətimiz böyük imicə sahibdir. Ölkə başçısının Slovakiyaya rəsmi səfəri, iki ölkə arasında Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşməsində mühüm dönüş nöqtəsi olacaq.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31