Azərbaycan-Slovakiya əməkdaşlığı regionda sülh və inkişaf perspektivlərini gücləndirir
11.12.2025 [16:19]
Dekabrın 8-də Slovakiya Respublikasının paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib. Bu səfər Azərbaycan–Slovakiya münasibətlərinin tarixində mühüm mərhələ olmaqla, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində daha da möhkəmləndirilməsinə xidmət edib., Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında Slovakiyaya ilk rəsmi səfərinin münasibətlərə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə yüksəldib və bu sənəddən sonra bütün sahələr üzrə əməkdaşlıq daha da intensivləşib., Enerji sahəsi səfərin əsas istiqamətlərindən biri olub. Dövlətimizin başçısı qeyd edib ki, ötən ildən etibarən Azərbaycan qazı Slovakiyaya çatdırılır və ölkəmiz Slovakiyanın ehtiyaclarını istənilən həcmdə təmin etmək imkanına malikdir. Hazırda Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetr olduğu, bunun yarısından çoxunun Avropa ölkələrinə yönəldiyi diqqətə çatdırılıb. Bu fakt Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini bir daha təsdiqləyir., Prezident İlham Əliyev müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın da perspektivli istiqamət olduğunu bildirib. Bu sahədə məqsədin hərbi qarşıdurma deyil, texnoloji inkişaf və sənaye sinerjisinin yaradılması olduğu xüsusi vurğulanıb. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə və istehsal imkanlarının birləşdirilməsi nəticəsində dünya bazarı üçün yeni məhsulların istehsal edilə biləcəyi qeyd edilib., Nəqliyyat və bağlantılar sahəsi də müzakirələrin əsas mövzularından olub. Prezident İlham Əliyev Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizində mühüm rol oynadığını, Orta Dəhlizin ən təhlükəsiz və etibarlı marşrutunun Azərbaycan ərazisindən keçdiyini bildirib. Bu sahədə əlavə investisiyalar hesabına imkanların daha da genişləndiriləcəyi vurğulanıb., Bununla yanaşı, informasiya texnologiyaları, süni intellekt və data mərkəzləri sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Azərbaycanın geniş enerji potensialına malik olması bu sahədə beynəlxalq layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır., Prezident İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət məmnunluqla qəbul olunub. Səfər Azərbaycan–Slovakiya əlaqələrinin gələcək inkişafına mühüm töhfə kimi qiymətləndirilib.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

