Humanizm Azərbaycanda dövlət siyasətinin vacib sütunudur
18.12.2025 [15:26]
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin başlıca ideoloji sütunlarından biri humanizm prinsipidir. Dövlət başçısının siyasi baxışlarının mərkəzində insan amili dayanır. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi, ədalət və mərhəmət dəyərlərinin təşviqi daim prioritet təşkil edir. Azərbaycan dövlətinin gücü yalnız iqtisadi və hərbi potensialında deyil, eyni zamanda cəmiyyətə təqdim etdiyi humanist yanaşmada və sosial məsuliyyət fəlsəfəsində ifadə olunur.
Müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan tarixi nailiyyətdir. Məhz bu kontekstdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində humanizm və mərhəmət ənənələrinə sadiqliyin bariz nümunəsi kimi cənab Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu addım cəzadan azad etmənin təkcə hüquqi deyil, həm də tərbiyəvi və sosial əhəmiyyət daşıdığına inamın ifadəsidir. Dövlət başçısı azadlığa qovuşacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətə inteqrasiya olunaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini nümayiş etdirir.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər xüsusi diqqət mərkəzindədir. Eyni zamanda həmin əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhali arasında əlil olmuş şəxslər də amnistiya aktının əhatə dairəsinə daxildir. Layihədə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər həssas kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilən bir sıra məhkumların cəzalarının tam və ya qismən yüngülləşdirilməsi planlaşdırılır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35

