/ / “Zəfərdən suverenliyə: Prezident İlham Əliyevin quruculuq strategiyası” mövzusunda tədbir keçirilib
“Zəfərdən suverenliyə: Prezident İlham Əliyevin quruculuq strategiyası” mövzusunda tədbir keçirilib
26.12.2025 [17:33]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən 24 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən suverenliyə: Prezident İlham Əliyevin quruculuq strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov, Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, Ərazi Partiya təşkilatlarının sədrləri, ictimaiyyət nümayəndələri və YAP fəalları iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ilk növbədə tədbir iştirakçıları adından möhtərəm Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək, Ona möhkəm cansağlığı, dövlətimizin və Vətənimizin inkişafı, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə həyata keçirdiyi şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Sədr qeyd edib ki, Azərbaycan xalqının çoxəsrlik tarixində taleyüklü anlar, ağır sınaqlar və şanlı zəfərlər az olmayıb. Bu tarixi yolun ən parlaq və qürurverici səhifələrindən biri isə müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılıb. Bu gün Azərbaycan qalib xalq kimi tanınırsa, bunun təməlində güclü siyasi iradə, qətiyyətli mövqe və milli maraqlara əsaslanan liderlik dayanır. Xalqımız cənab İlham Əliyevə səs verməklə yalnız bir şəxsə deyil, müstəqil Azərbaycanın davamlı inkişafına, sabitliyinə və güclü gələcəyinə səs verdi. Bu tarixi seçim Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyin bariz nümunəsi idi. Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında, sədrimiz möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, xalqımızın rifahının yüksəldilməsinə və dövlətçiliyimizin möhkəmləndirilməsinə mühüm töhfələr verir.Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov çıxışında bildirib ki, bu gün Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, 2023-cü ildə keçirilmiş bir günlük antiterror tədbirləri ilə isə separatizmə son qoyulub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən Böyük Qələbə tarixə qızıl hərflərlə yazılıb.Kəlbəcər Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Vətən müharibəsi qəhrəmanı Şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Vətən müharibəsi qazisi Elvin Hüseynov, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər İmaməliyev, Aşıq Şəmşir adına mədəniyyət evininin direktoru Akif Bayramov, Gənclər və İdman sektorunun müdri Musa Mamedov, TİAHİ Kəlbəcər rayon komitəsinin sədri Şəlalə Məmmədova, Kəlbəcər 8 nömrəli tam orta məktəbin direktoru Rəna Nadirova və Vətən müharibəsi qəhrəmanı Anar Əliyev adına 2 nömrəli tam orta məktəbin müəllimi Ərəstun Kamilov və digərləri çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün sabitlik, inkişaf və qələbə yolu ilə inamla irəliləyir.Qeyd olunub ki, “Böyük Qayıdış” Proqramı uğurla icra olunur, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqları sürətlə dirçəlir, dağıdılmış yurd yerlərinə yeni həyat qayıdır.Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı bu gün qürurla deyir: “Biz qalib xalqıq, çünki bizim qalib Liderimiz var.” Prezident İlham Əliyevin adı müasir Azərbaycan tarixində qələbə, güc, müstəqillik və milli birlik anlayışları ilə birgə çəkilir və bu ad tarixdə daim yaşayacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

