Azərbaycan daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyir
07.01.2026 [15:54]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin daxili və xarici siyasətində əsas istiqamətlərə, sosial-iqtisadi inkişaf prioritetlərinə, regional proseslərə və qarşıda duran strateji hədəflərə dair mühüm fikirlər səsləndirdi.
Dövlət başçımız müsahibəsində qeyd etdi ki, Azərbaycan son illər ərzində müstəqil siyasət yürüdən, milli maraqlara əsaslanan və dayanıqlı inkişaf modelinə malik ölkə kimi mövqelərini daha da möhkəmləndirib. Prezident cənab İlham Əliyev vurğulayıb ki, aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, sosial rifahın yüksəldilməsinə və regionların tarazlı inkişafına xidmət edir. Dünya miqyasında güclü ölkələr sırasında addımlayan müstəqil Azərbaycan dövlətində vətəndaşların sosial rifahı və iqtisadi inkişaf əsas prioritetlərdəndir. Müsahibə zamanı əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran ölkə Prezidenti minimum əməkhaqqının və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində atılan addımların vətəndaşların rifahına birbaşa təsir göstərdiyini bildirib: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir”.
Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində Azərbaycanın xarici siyasət kursunun balanslı və praqmatik əsaslar üzərində qurulduğunu bildirib. Dövlət başçısı ölkəmizin regional və beynəlxalq əməkdaşlıq təşəbbüslərində fəal iştirak etdiyini, enerji və nəqliyyat layihələrinin regional təhlükəsizliyə və iqtisadi inteqrasiyaya mühüm töhfə verdiyini vurğulayıb. Müsahibədə postmünaqişə dövrünə də toxunan Prezident İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin sürətlə davam etdiyini qeyd edib. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışının təmin edildiyini bildirən dövlət başçısı, bu prosesin planlı və dayanıqlı əsaslarla aparıldığını vurğulayıb.
Ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsində iqtisadiyyatın şaxələndirilməsi məsələsi xüsusi yer tutub. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd təsərrüfatına və sahibkarlığa dövlət dəstəyi ölkənin gələcək iqtisadi təhlükəsizliyinin əsas dayaqları kimi təqdim olunub. Diqqət çəkən məqam ondan ibarətdir ki, dövlət başçısı iqtisadi artımı qısa müddətli gəlirlərlə deyil, uzunmüddətli dayanıqlılıqla əlaqələndirir. Bu isə Azərbaycanın qlobal iqtisadi dalğalanmalara qarşı daha davamlı model qurduğunu göstərir.
Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi əsas mesajlardan biri də Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət xəttinə sadiqliyidir. Prezident cənab İlham Əliyev regional və beynəlxalq əməkdaşlıq layihələrinin ölkənin milli maraqlarına uyğun şəkildə formalaşdırıldığını vurğulayaraq, Azərbaycanın etibarlı tərəfdaş imicini qoruduğunu bildirib.
Yerli televiziya kanallarına müsahibədə səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan regionda sabitlik və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı olaraq mövqelərini möhkəmləndirir. O cümlədən postmünaqişə dövrü və azad edilmiş ərazilərdə aparılan quruculuq işləri yalnız fiziki bərpa deyil, eyni zamanda sosial və iqtisadi reinteqrasiya prosesi olduğu diqqətə çatdırıldı.
Ölkə Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə eyni zamanda strateji yol xəritəsi funksiyasını yerinə yetirir. Müsahibə Azərbaycan dövlətinin mövcud mərhələdə hansı prioritetlərə söykəndiyini və gələcəyə hansı baxışla irəlilədiyini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçımız Azərbaycanın gələcək inkişaf strategiyasının aydın olduğunu, qarşıya qoyulan hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını və ölkəmizin qarşıdakı illərdə də sabitlik, inkişaf və tərəqqi yolu ilə irəliləyəcəyini qeyd etdi.
Ölkə Prezidentimizin geniş müsahibəsi bir daha dünya ictimaiyyətində dövlətimizin bugünkü qüdrəti və gələcək hədəfləri barədə aydın təsəvvür yaratdı. Regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış edən Azərbaycanın son illərdə keçdiyi yol da onu təsdiq edir ki, bu gün ölkəmiz tarixinin ən güclü dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsində ölkəmiz qüdrətli dövlətə çevrilib və yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyir.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08

