İnfrastruktur məsələləri daim diqqət mərkəzində saxlanılır
16.01.2026 [13:24]
22 Yanvar 2026-cı il tarixdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na dair müşavirə bir daha onu göstərdi ki, ölkəmizin hərtərəfli dayanıqlı inkişafı təmin edilir, bütün sahələrlə yanaşı infrastruktur məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla öz həllini tapır.
Müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin son iyirmi il ərzində Bakıda və bütün bölgələrdə genişmiqyaslı infrastruktur layihələrin icra edilməsi, çoxlu sayda Regional inkişaf proqramlarının uğurla başa çatması haqqında söylədiyi fikirlər bir daha onu təsdiq edir ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri davamlılığı ilə diqqət mərkəzindədir və ölkəmiz dinamik inkişaf edən, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınır və beynəlxalq nüfuzu daim yüksəlir.
Prezident İlham Əliyev müşavirədə enerji məsələsinə toxunaraq bu məsələ ilə bağlı vaxtilə ciddi problemlərin və enerji qıtlığının mövcud olduğundan danışaraq bildirmişdir ki, biz əvvəllər xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Zaman-zaman bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradılıb, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınmışdır. Bu gün elektrik enerjisi ilə təchizatın bütün ölkəni əhatə etdiyini, bu sahədə tamamilə yeni mərhələyə qədəm qoyduğumuzu, enerji generasiya gücümüzün tələbatımızdan artıq olduğunu, hətta digər ölkələrə elektrik enerjisini ixrac etdiyimizi qeyd edən ölkə rəhbəri bu gün nəinki öz enerji tələbatımız haqqında, həmçinin ixrac yolları haqqında düşündüyümüzü və eyni zamanda tələbatımızı ödəyərək ixrac yolları yaratdığımızı vurğulayaraq, qeyd etdi ki, “Azərbaycan bir neçə ildən sonra, necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır”.
Son 20 il ərzində aparılan infrastruktur layihələri və əldə olunan nailiyyətlər arasında xüsusi yer tutan məsələlərdən biri də qazlaşma məsələsidir ki, ölkəmiz bu məsələnin də böyük dərəcədə həllinə nail olub və əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Biz vaxtilə qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi Azərbaycandan təbii qaz alır və bu siyahı artmaqda davam edir. Ölkədə avtomobil yollarının inşası geniş vüsət alıb, həm magistral, həm kənd yolları və şəhərlərarası yollar inşa edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir və vahid infrastruktur şəbəkəsinə qoşulur.
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatçılığın hökm sürdüyü və ekoloji problemlərin yaşandığı bir dövrdə ölkəmizdə içməli su və suvarma layihələri də Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxlanılır. Vaxtilə insanları narahat edən bu məsələlər də ölkəmizdə tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses hazırda davam etdirilir.
Müşavirədə qeyd edildiyi kimi son 20 ildə ölkədə potensialı 500 milyon kubmetrdən çox olan dörd böyük su anbarı inşa edilib və onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarları xüsusi qeyd edilir. Cənab İlham Əliyev bildirdi ki, əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.
Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bu gün əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaq ölkə rəhbəri tərəfindən əsas vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin imzaladığı 2026-cı il 12 yanvar tarixli “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” bu sahədə mövcud problemlərin həllinə hədəflənib. Sənədin əhəmiyyəti qarşıya qoyulan vəzifələrdə özünün aydın ifadəsini tapır. Müvafiq Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edir. 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması əsas hədəf kimi qarşıya qoyulub. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək, yenidən qurulacaq. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu xidmət əhalinin 95 faizini əhatə edəcək, dənizə buraxılan suların 100 faiz təmizlənməsi əsas hədəflərdəndir. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün əlavə tədbirlər görülməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi gündəlikdə duran məsələdir.
Bir sözlə bu gün Azərbaycanda həyatın bütün sahələri ilə yanaşı infrastruktur məsələləri də daim diqqət mərkəzində saxlanılır və bu məqsədlə yeni qəbul olunmuş Dövlət Proqramı günün vacib məsələsi olmaqla insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

