/ / Xalqımız öz qanı bahasına da olsa, ən ülvi istəyinə – azadlığına, müstəqilliyinə və ərazi bütövlüyünə qovuşdu
Xalqımız öz qanı bahasına da olsa, ən ülvi istəyinə – azadlığına, müstəqilliyinə və ərazi bütövlüyünə qovuşdu
19.01.2026 [16:13]
Məlum olduğu kimi, Sovet imperiyası yetmiş il sonra növbəti dəfə qanlı əlini ölkəmizə uzatdı. Yenə xalqımızın müstəqillik arzusunun yoluna sədd çəkmək niyyətində idilər. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) rəhbərliyi bu məqsədlə qəddarlıqla qərar verdi. Azərbaycana göndərilən sovet qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törətdilər. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hələ 1980-ci illərin sonlarında SSRİ-də gündən-gündə artan tənəzzül, baş verən siyasi proseslər, xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsi və milli azadlıq hərəkatının güclənməsi respublikada vəziyyəti gərginləşdirmişdi. Xalqımız öz hüquqlarını, ərazi bütövlüyünü və gələcəyini qorumaq üçün meydanlara çıxmışdı. Təəssüf ki, mərkəzi sovet hakimiyyəti bu haqlı tələblərə dialoqla deyil, silah gücü ilə cavab verdi. O gecə zirehli hərbi texnikanın gurultusu, atəş səsləri paytaxtı bürüdü. İnsanlar çaşqınlıq içərisində nə baş verdiyini öyrənməyə çalışırdı. Cinayətkarlar televiziya stansiyasının enerji blokunu da partlatmış, televiziya yayımını kəsmişdilər. "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" fərman barədə əhaliyə bilərəkdən xəbərdarlıq edilməmişdi. Halbuki "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq olunmalı idi. Paytaxtımız Bakı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən dəhşətli hadisələrin şahidi oldu. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərinin iştirakı ilə xüsusi amansızlıqla Bakıda qətliam törədildi. İmperiya cəlladlarının qəddarlığının, vəhşiliyinin hüdudu yox idi. Uşaqları, gəncləri, qocaları amansızlıqla atəşə tutur, tankları onların üzərinə sürürdülər. Yalın əllə onların zirehli hərbi texnikalarının qarşısına çıxıb: "Atəş açmayın, camaat silahsızdır", - deyənlər də dərhal güllələrə tuş gəlirdi. Çünki xüsusi təlim keçmiş sovet əsgərlərinin aldıqları tapşırıq belə idi. Onlar onsuz da dinc, silahsız insanları öldürdüklərini bilirdilər. Yaralıların xəstəxanalara çatdırılmaması üçün təcili yardım maşınlarını atəşə tutur, gülləbaran edirdilər. Hətta xəstəxanaların işıqlarını belə söndürürdülər ki, yaralıların müayinə olunmalarına, cərrahiyyə əməliyyatı edilmələrinə maneə törətsinlər. O dəhşətli hadisələr zamanı tibb işçiləri də həlak oldular.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 131 nəfər qətlə yetirildi. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 nəfər ağır xəsarət aldı. 4 nəfər itkin düşdü. 400 nəfər isə həbs edildi. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər öldürüldü. Fövqəladə vəziyyət elan edilməmiş Neftçala və Lənkəranda 25-26 nəfər qətlə yetirildi. Ölkəmizdə 1990-cı ilin yanvarında sovet qoşun hissələrinin cinayətləri yalnız Bakı şəhəri ilə məhdudlaşmadı. Bakıda törədilən 20 Yanvar hadisələri respublikamızın hər yerində etirazla qarşılandı. Etiraz səsləri ucaldanlar günahkarların, cinayətkarların cəzalanmalarını tələb edirdilər.
Xalqımızın gözünün odunu almaq, xof yaratmaq üçün azğınlaşmış sovet qoşun hissələri bir neçə gün sonra dinc əhaliyə divan tutmaq məqsədilə cənuba - Neftçala, Cəlilabad və Lənkərana doğru istiqamətləndi. Bakıda törədilən Qanlı Yanvar qırğınından sonra bu dəfə dəhşətli xəbərlər bölgələrdən gəlməyə başladı... Respublikamızda azadlıq eşqini boğmağa çalışan sovet ordusu hissələri 1990-cı il yanvarın 24-də Cəlilabadda dinc insanlara divan tutdu. Şahidlərin sözlərinə görə, Cəlilabadda baş verən yanvar hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ağır güllə yarası alanlardan 14 nəfəri əlil oldu. Yanvarın 25-də sovet tankları Neftçalaya daxil oldu. Günün ikinci yarısında rayonun mərkəzinə yetişən sovet əsgərləri azadlıqları uğrunda mübarizəyə qalxan əliyalın insanları xəbərdarlıq etmədən atəşə tutdular. 1990-cı ilin yanvarında sovet qoşun hissələrinin Neftçalada törətdikləri faciələr zamanı 2 nəfər qətlə yetirildi. 50-yə yaxın insan isə həbs olundu. Onları Bankə qəsəbəsindəki hərbi hissənin hamamına apardılar. Günahsız insanlara xüsusi qəddarlıqla işgəncələr verdilər. Yanvarın 26-da Lənkəranın mərkəzi meydanına toplaşmış minlərlə insan şəhidlərin matəm mitinqinə toplaşdı. Sovet qoşun dəstələri onları qorxutmaqla, vahiməyə salmaqla mitinqi dağıda bilmədilər. Ancaq gərginliyin azaldılması, ziyan çəkməməsi, qan tökülməməsi naminə fəallar dağətəyi ərazidə yerləşən Haftoni meşəliyinə çəkildilər. Sovet qoşun bölmələri dərhal meşəni mühasirəyə alaraq onlara atəş yağdırdılar. Qanlı Yanvar hadisələri zamanı ümumilikdə 11 nəfər Lənkəran sakini şəhid oldu. Onlardan 5 nəfər yanvarın 19-dan 20-nə keçən gecədə Bakı şəhərində qətlə yetirilmişdi. 5 nəfər yanvarın 26-da Haftoni meşəliyində sovet ordusunun silahlı hücumu nəticəsində həlak olmuşdu. Bir nəfər isə hərbi helikopterdə aparılarkən məftillə boğularaq öldürülmüşdü. Lənkəranda baş verən hadisələrin iştirakçılarının dediklərinə görə, Haftoni meşəliyində 46 nəfər tutularaq həbs olunmuşdu. Onlardan 16 nəfər Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki həbsxanaya, 30 nəfər isə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki həbsxanaya aparılmışdı.
SSRİ rəhbərliyi təxribatlara, cinayətlərə əl atmaqla, günahsız insanlara hədə-qorxu gəlməklə, işgəncələr verməklə, qətllər törətməklə məqsədinə çatmadı. İmperiyanın ölkəmizə qarşı siyasəti uğursuzluqla nəticələndi və Qara Yanvar hadisələri xalqımızın milli azadlıq hərəkatını sürətləndirdi.
Ən əsası, bu faciə xalqımızn birliyini möhkəmləndirdi, milli şüuru gücləndirdi və müstəqillik ideyasını reallığa çevirdi!
Vilayət Musayev,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

