Qafqazda əbədi sülhə nail olacağıq
23.01.2026 [15:31]
Dövlət başçısı İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirib ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bu mükafatdan bəhs edərək bildirdi ki, belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur: “Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.
Bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarından böyük qürurla bəhs edirik. Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Ölkəmizin 44 gündə 30 ilin işğalına son qoyması, çoxəsrlik tarixinin Zəfər səhifəsini yazması malik olduğu imkanların, torpaq, Vətən sevgimizin dünyaya təqdimatı oldu. Son beş ildə dövlət başçısı İlham Əliyev qatıldığı beynəlxalq səviyyəli tədbirlərdə postmünaqişə dövrü ilə yanaşı, 30 illik işğal mərhələsinin reallıqlarından da geniş bəhs edir, münaqişənin həlli prosesinin uzanmasına səbəb olan amilləri diqqətə çatdırır.
Azərbaycan bütün platformalardan tarixi ədalətə, real faktlara əsaslanan siyasətinin uğurlarından geniş bəhs edərək gələcəyə inamla addımladığını bildirir. Davos Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışında da dövlət başçısı İlham Əliyev vurğuladı ki, Ermənistanla sülhə gəlincə və ondan əvvəl mövcud olmuş 30 illik münaqişəyə toxunduqda, biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik: “Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu”.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq. Biz dayandıq. Otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Biz davam edə bilərdik. Ancaq belə olduğu halda, bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik: “Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi. Dediyim kimi, artıq bu, rekord bir sürətlə baş verdi - müharibədən, 2023-cü ilin sentyabr ayının ciddi hərbi toqquşmasından 2025-ci ilin avqust ayınadək. Həmin vaxt mən və Ermənistanın Baş naziri bəyannaməni imzaladıq və sülh sazişi Prezident Trampın iştirakı ilə paraflandı. O isə həmin bəyannaməni şahid kimi imzaladı. Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq”.
Göründüyü kimi, Azərbaycan qətiyyətli addımları ilə ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi. Daim ədalətin və beynəlxalq hüququn yanında olan ölkə kimi ən yüksək tribunalardan bu çağırışı etdi ki, beynəlxalq hüququn norma və prinsipləri üçün vahid mexanizm olmalıdır. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın mövqeyinə xüsusi önəm verilməsi özündə bütün məqamları ehtiva edir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

