Daşkəsən rayonunun Quşçu kəndində Qərbi Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib
05.02.2026 [20:35]
Fevralın 5-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması Daşkəsən rayon nümayəndəliyi və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən görüşdə RİH-nin məsul əməkdaşı Elmar Əliyev, Qərbi Azərbaycan İcmasının rayon nümayəndəliyinin sədri Malik Ələsgərov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, YAP rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov və İcma üzvləri iştirak ediblər.
Yığıncaq Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra çıxış edənlər görüşün məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, Qərbi Azərbaycan İcmasının əsas hədəfi tarixi Azərbaycan torpaqlarından deportasiya olunmuş soydaşlarımızın hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi, onların tarixi yurdlarına dinc və təhlükəsiz şəkildə qayıdışına nail olunmasıdır.
RİH-nin məsul əməkdaşı Elmar Əliyev dövlətimizin Qərbi Azərbaycan məsələsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradır.
Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin sədri Malik Ələsgərov icmanın qarşıda duran vəzifələri, həyata keçirilən maarifləndirmə tədbirləri və gələcək planlar barədə məlumat verib. Diqqətə çatdırıb ki, 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququ, bu prosesin beynəlxalq hüquqla həyata keçirilməsi, qayıdılacaq ərazilərdə beynəlxalq sülh missiyasının fəaliyyətinin təmin edilməsi, qayıdanların əvvəlki məskunlaşmaq coğrafiyasının təmin edilməsi daxildir. Sənədə görə, qayıdacaq azərbaycanlıların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsi təmin edilməli, habelə Qərbi azərbaycanlıların evləri və icma torpaqları onlara qaytarılmalıdır. Həmçinin azərbaycanlıların mədəni irsi bərpa olunmalı, yer adları dəyişiklikləri ləğv edilməli və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verilməməlidir. Qərbi Azərbaycan icması qayıdışdan sonra da legitim tərəf olaraq bütün proseslərdə iştirak etməlidir.
Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev isə çıxışında ağsaqqalların bu prosesdə üzərinə düşən məsuliyyətdən danışıb, gənc nəslin tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıb.
YAP Daşkəsən rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov çıxışında partiyanın bu məsələdə mövqeyinin birmənalı olduğunu bildirib, İcma üzvlərinin birliyinin vacibliyini qeyd edib.
Görüş müzakirələrlə davam edib, icma üzvlərini maraqlandıran suallar cavablandırılıb, təklif və fikirlər dinlənilib. Deyilib ki, Daşkəsən rayonunun Quşçu kəndində kompakt şəkildə yaşayan Qərbi azərbaycanlılar tarixi yaddaşlarını qorumaqla yanaşı, İcmanın həyatında fəal iştirak edirlər. Onlar Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək milli həmrəyliyin və dövlətçiliyimizin möhkəmləndirilməsinə dəstək göstərirlər.
Tədbir Qərbi Azərbaycan xronikasını əks etdirən videomaterialların nümayişi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

