Prezident İlham Əliyev Azərbaycanın rəqəmsal taleyinə strateji imza atır
16.02.2026 [12:42]
Fevralın 11-də keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə mahiyyət etibarilə yeni dövrün başlanğıc nöqtəsidir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə baş tutan bu toplantı bir daha göstərdi ki, Azərbaycan artıq texnologiyanı sadəcə inkişaf vasitəsi deyil, milli gücün əsas sütunlarından biri kimi qəbul edir. Bu müşavirə ölkənin gələcək iqtisadi modelinin, idarəetmə fəlsəfəsinin və beynəlxalq mövqeyinin yeni konturlarını müəyyənləşdirən strateji hadisə oldu. Cənab Prezident İlham Əliyev çıxışında qlobal reallığı konkret ifadə etdi: “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.” Bu fikir artıq zamanın hökmüdür. Dünya yeni texnoloji inqilab mərhələsindədir və Azərbaycan bu prosesdə geridə qalmamaq deyil, ön sırada dayanmaq niyyətindədir. Azərbaycan son iki onillikdə enerji strategiyası ilə iqtisadi və siyasi gücünü möhkəmləndirdi. İndi isə qarşıda duran vəzifə bu nailiyyətləri rəqəmsal transformasiya ilə tamamlamadır. Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi: “Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.” Bu yanaşma göstərir ki, rəqəmsallaşma ayrı-ayrı layihələrin cəmi deyil, dövlət siyasətinin mərkəzi xəttidir. Bu, Azərbaycanın post-neft dövründə dayanıqlı inkişafının təminatıdır. Azərbaycanın enerji və nəqliyyat layihələri dünya miqyasında tanınır. Cənab Prezident çıxışında bu təcrübənin rəqəmsal sektora tətbiqinin vacibliyini vurğuladı. Artıq qurulmuş logistika və enerji platformaları yeni mərhələdə informasiya və data axınının əsas kanallarına çevrilməlidir. Data mərkəzləri və süni intellekt sistemləri yüksək enerji istehlakı ilə fərqlənir. Cənab Prezident İlham Əliyev ölkənin generasiya imkanlarını xüsusi vurğuladı: “Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir.” Ən azı 2 min meqavat ehtiyat gücün mövcudluğu Azərbaycanın regionda texnoloji investisiyalar üçün əlverişli məkana çevrilməsinə zəmin yaradır. Üstəlik, yaşıl enerji layihələrinin genişlənməsi rəqəmsal inkişafı ekoloji dayanıqlılıqla uzlaşdırır. Bu, iqtisadi şaxələndirmənin məntiqi davamıdır. Müşavirədə səslənən mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanları ilə bağlı idi. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa ölkələri ilə əməkdaşlıq sənədləri və Çinlə hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Cənab Prezident İlham Əliyev vurğuladı: “Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan.” Bu sözlər siyasi reallığın ifadəsidir. Rəqəmsal texnologiyalar sahəsində aparıcı güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanları Azərbaycanın rəqabət üstünlüyünü artırır. Qlobal fondlarla maliyyə əməkdaşlığı isə layihələrin dayanıqlığını təmin edir. Rəqəmsallaşma yalnız iqtisadi layihə deyil, idarəetmə modelinin yenilənməsidir. Cənab Prezident İlham Əliyev dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini və vahid sistemə keçidi zəruri saydı. “Pərakəndəliyə yol verilməməlidir.” Cənab Prezident İlham Əliyev süni intellektin tətbiqini dövlət qərarlarının keyfiyyətinin artırılması baxımından mühüm alət kimi qiymətləndirdi. İnkişaf etmiş ölkələrdə süni intellekt agentlərinin artıq gündəlik idarəetmədə istifadə edildiyini qeyd etməsi Azərbaycanın da bu istiqamətdə addım atmağa hazır olduğunu göstərir. Bu, gələcəyin daha sürətli, daha analitik və daha səmərəli idarəetmə modelidir. Rəqəmsal infrastrukturun genişlənməsi təhlükəsizlik məsələsini ön plana çıxarır. Cənab Prezidentin ötən il baş vermiş kiberhücumlarla bağlı açıqlaması göstərir ki, dövlət bu riskləri real qiymətləndirir və qabaqlayıcı tədbirlər görür. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti və bu sahədə konkret hədəflərin müəyyənləşdirilməsi Azərbaycanın rəqəmsal suverenliyinin qorunmasına yönəlib. Rəqəmsal arxitektura yalnız texniki infrastruktur deyil. Onun əsasında insan faktoru dayanır. Cənab Prezident ali məktəblərdə və orta təhsil sistemində müvafiq ixtisasların inkişafının vacibliyini qeyd etdi. Xaricdə təhsil proqramlarının bu sahəyə yönəldilməsi gələcək kadr ehtiyatının formalaşdırılmasına xidmət edir. Texnologiya idxal edilə bilər, lakin milli intellektual potensial formalaşdırılmalıdır.
Fevralın 11-də keçirilən müşavirə göstərdi ki, Azərbaycan artıq rəqəmsal transformasiyanı gələcəyin arzusu kimi deyil, bu günün dövlət siyasəti kimi qəbul edir. Enerji gücü, geosiyasi mövqe, beynəlxalq tərəfdaşlıq və güclü siyasi iradə bu strategiyanın əsas dayaqlarıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni rəqəmsal arxitektura Azərbaycanın iqtisadi modelini daha çevik, idarəetməni daha səmərəli, dövlətçiliyi isə daha müasir edəcək. Bu, Azərbaycanın gələcək gücünün, müstəqilliyinin və qlobal rəqabət qabiliyyətinin təminatı haqqında strateji qərardır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 Mart 20:21
YAP xəbərləri
12 Mart 19:52
YAP xəbərləri
12 Mart 19:30
Sosial
12 Mart 19:18
Sosial
12 Mart 18:40
YAP xəbərləri
12 Mart 18:14
YAP xəbərləri
12 Mart 17:20
YAP xəbərləri
12 Mart 17:00
Dünya
12 Mart 16:49
YAP xəbərləri
12 Mart 16:32
YAP xəbərləri
12 Mart 15:48
İqtisadiyyat
12 Mart 15:47
Dünya
12 Mart 15:42
Elanlar
12 Mart 15:40
Sosial
12 Mart 15:39
YAP xəbərləri
12 Mart 15:37
Sosial
12 Mart 15:16
YAP xəbərləri
12 Mart 15:12
Dünya
12 Mart 15:11
Siyasət
12 Mart 15:04
Elm
12 Mart 15:03
Siyasət
12 Mart 15:03
Elanlar
12 Mart 14:56
Gündəm
12 Mart 14:46
YAP xəbərləri
12 Mart 14:46
Maraqlı
12 Mart 13:50
Sosial
12 Mart 13:24
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:23
Sosial
12 Mart 13:22
Dünya
12 Mart 13:11
Maraqlı
12 Mart 12:46
Gündəm
12 Mart 12:30
İdman
12 Mart 12:26
Elm
12 Mart 12:23
İqtisadiyyat
12 Mart 12:22
Dünya
12 Mart 12:19
Dünya
12 Mart 11:52
Dünya
12 Mart 11:25
Gündəm
12 Mart 10:57
Gündəm
12 Mart 10:32
Gündəm
12 Mart 10:15
Gündəm
12 Mart 09:59
Siyasət
12 Mart 09:37
Analitik
12 Mart 09:20
Hərbi
12 Mart 08:54
Sosial
12 Mart 08:31
Siyasət
12 Mart 08:28
Dünya
12 Mart 07:31
Gündəm
12 Mart 00:33
Dünya
11 Mart 23:40
Dünya
11 Mart 23:15
Dünya
11 Mart 22:49
Dünya
11 Mart 22:24
Gündəm
11 Mart 22:12
Dünya
11 Mart 22:10
Dünya
11 Mart 21:50
Dünya
11 Mart 21:29
Dünya
11 Mart 21:17
Sosial
11 Mart 20:42
Gündəm
11 Mart 20:36
Dünya
11 Mart 20:33
İqtisadiyyat
11 Mart 20:19
Xəbər lenti
11 Mart 19:56
Dünya
11 Mart 19:20
YAP xəbərləri
11 Mart 19:05
YAP xəbərləri
11 Mart 18:57
Dünya
11 Mart 18:22
YAP xəbərləri
11 Mart 18:11
Siyasət
11 Mart 18:10

