Xocalı həqiqətlərinin dünyaya yolu
24.02.2026 [12:46]
1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı edilmiş ağır cinayət idi. Faciənin ağrısı nə qədər böyük idisə, həqiqətlərin dünyaya çatdırılması mübarizəsi də bir o qədər çətin və uzun oldu.
İllər boyu erməni təcavüzünün nəticələri, Xocalıda dinc əhaliyə qarşı törədilən qətliamın miqyası və mahiyyəti beynəlxalq ictimaiyyətə faktlar, sənədlər, canlı şahid ifadələri ilə təqdim edildi. Azərbaycan dövləti sistemli və məqsədyönlü şəkildə informasiya mübarizəsi apardı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri “Xocalıya ədalət” beynəlxalq kampaniyası oldu.
2008-ci ildə Heydər Əliyev Fondunin təşəbbüsü ilə başlanan kampaniya qısa müddətdə qlobal miqyas aldı. Müxtəlif ölkələrdə konfranslar, sərgilər, anım mərasimləri, sənədli filmlər və nəşrlər vasitəsilə Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Məqsəd bir idi: Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və faciəyə hüquqi-siyasi qiymət verilməsi.
Bu kampaniya çərçivəsində bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyan qərarlar qəbul etdilər. Bu qərarlar həm hüquqi sənəd, həm də ədalətin bərpası istiqamətində atılmış mühüm siyasi addımlar idi. “Xocalıya ədalət!” şüarı artıq yalnız Azərbaycanın deyil, beynəlxalq vicdanın çağırışına çevrilmişdi. Amma tarix yalnız tanıma ilə bitmir. 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycan xalqının iradəsinin sarsılmaz olduğunu göstərdi. Bu Zəfər təkcə hərbi qələbə deyildi – Xocalıda şəhid olanların ruhuna verilmiş cavab, həsrət qalan torpaqların qayıdışı və milli qürurun bərpası idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalıya səfərləri bu qayıdışın ən təsirli və rəmzi məqamlarını təşkil etdi. Prezidentin bu torpağa ayaq basması, üçrəngli bayrağımızın ucaldılması, bərpa və quruculuq işlərinə start verməsi yalnız rəmzi hərəkətlər deyil – bu, milli iradənin və dövlət siyasətinin qətiyyətli təzahürüdür.
Xocalıda yollar çəkilir, evlər tikilir, sosial obyektlər, məktəblər və xəstəxanalar yenidən qurulur. Dağıdılmış şəhərlər yenidən dirçəlir, həyat qayıdır. Bu quruculuq prosesləri təkcə fiziki bərpa deyil – həm də milli yaddaşın, tarixi ədalətin və xalqın qürurunun bərpasıdır.
“Xocalıya ədalət!” çağırışı indi həm hüquqi, həm də fiziki bərpa ilə tamamlanır. Dünya artıq Xocalının faciəsini bilir, Azərbaycan isə bu torpaqda qələbəni və dirçəlişi yaşadır. Bu həm də gələcək nəsillərə mesajdır: ədalət gecikə bilər, amma itmir, xalqın iradəsi sarsılmazdır, vətən qorunur, qurulur və əbədi yaşayır.
Xocalı artıq yalnız keçmişin faciəsi deyil. O, qələbənin, quruculuğun, dirçəlişin və milli həmrəyliyin simvoludur. Tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı unutmur, itirmir və hər zaman qalib gəlir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09

