/ / YAP Kəlbəcər rayon təşkilatı Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirmişdir
YAP Kəlbəcər rayon təşkilatı Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirmişdir
27.02.2026 [15:03]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirmişdir. Rayon təşkilatının təşəbbüsü ilə Kəlbəcər rayon 14 nömrəli tam orta məktəbinin şagirdləri Ana harayı abidəsini ziyarət etmiş, Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbinin şagirdləri isə Göygöl rayonunun Hacıməlik qəsəbəsində, Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2”də ucaldılmış “Xocalı” abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş,faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.Həmçinin Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru ilə birgə partiyanın rayon təşkilatının qərargahında “Xocalını unutmayaq: tarixdən gələcəyə çağırış” adlı anım tədbiri keçirmişdir.Tədbirlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, sədr müavini Qənaət Əsgərov, 99 nömrəli məktəbin direktoru, ƏPT sədri İsmət Nəcəfov, 14 nömrəli məktəbin direktoru, ƏPT sədri Mənzər Baxşəliyeva, Vətən müharibəsi qəhrəmanı, şəhid Anar Əliyevin adını daşıyan 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Sevda Bayramova, 109 nömrəli məktəbin müəlliməsi Cinarə Eyvazova və digər çıxış edənlər Xocalı faciəsinin mahiyyəti, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı törətdikləri qətliamlar barədə ətraflı məlumat vermişlər.Çıxışlarda qeyd olunmuşdur ki, Xocalıda törədilmiş soyqırımı aktı erməni vandalizminin ən qanlı nümunələrindən biridir. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində faciə bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınmışdır.Vurğulanmışdır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən sonra Xocalı işğaldan azad edilmiş, Azərbaycan bayrağı bu torpaqlarda yenidən ucaldılmışdır. Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Xocalı yenidən qurulur, dirçəlir və doğma sakinlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi həyata keçirilir.Çıxış edənlər gənc nəslin Xocalı həqiqətlərini unutmamasının, bu faciəni qan yaddaşı kimi gələcək nəsillərə çatdırmasının vacibliyini xüsusi vurğulamışlar.Tədbirlərdə məktəblilər tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40

