/ / Şəmkirdə "Azərbaycan qadını yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır” mövzusunda tədbir keçirildi
Şəmkirdə "Azərbaycan qadını yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır” mövzusunda tədbir keçirildi
06.03.2026 [16:56]
Şəmkirdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadını yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır” mövzusunda tədbir keçirildi.
Tədbidə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, ərazi partiya təşkilatlarında təmsil olunan və rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən xanımlar iştirak etdilər.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir. Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.
Çıxışının sonunda Fəxrəddin Vəliyev qarşıdan gələn “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə xanımları təbrik edib.
Sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd edib ki, “8 Mart-Beynəlxalq Qadınlar Günü” həm də torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti dinamik şəkildə inkişaf edir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə xanımları təbrik edib.
Tədbirdə digər çıxış edən xanımlar bildiriblər ki, Azərbaycan qadınları ailə institutunun möhkəmləndirilməsində, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Azərbaycan qadınlarının göstərdiyi fədakarlıq və vətənpərvərlik nümunələri xüsusi vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində və rayonun ictimi-siyasi həyatında fəal iştirak edən bir qrup fəal qadına partiyanın hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33

