Sivilizasiyalararası dialoqun inkişafına töhfə
16.03.2026 [11:47]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2026-cı il martın 12-də Bakıda, Gülüstan sarayında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəldi. Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma çərçivəsində müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələri bir araya gələrək sivilizasiyalararası dialoqun inkişafına töhfə verdilər.
Bəşəriyyəti narahat edən problemlərin həll yollarının axtarıldığı forumun açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev tədbirin qlobal problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Qlobal Bakı Forumu artıq uzun illərdir beynəlxalq gündəlikdə duran mühüm məsələlərin müzakirə edildiyi aparıcı beynəlxalq platformalardan biri kimi tanınır.
Prezident cənab İlham Əliyev hazırkı dövrdə dünyada baş verən siyasi və geosiyasi dəyişikliklərə diqqət çəkərək bildirib ki, dünya yeni və mürəkkəb keçid mərhələsindən keçir. Bu mərhələdə müxtəlif dövlətlər və regionlar arasında fikir ayrılıqları, siyasi qarşıdurmalar və rəqabət beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərir. Belə bir şəraitdə qlobal dialoq və qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edir.
Müasir dünyada siyasi qarşıdurmalar, geosiyasi rəqabət və iqtisadi maraqlar dövlətlər arasında fikir ayrılıqlarının artdığı bir vaxtda XIII Qlobal Bakı Forumu müxtəlif ölkələrin nümayəndələrinin açıq fikir mübadiləsi aparmasına, qlobal problemləri birlikdə müzakirə etməsinə imkan yaratdı. Forumda qlobal təhlükəsizlik, enerji siyasəti, beynəlxalq hüquq, regional münaqişələr, iqlim dəyişikliyi və dayanıqlı inkişaf kimi mühüm məsələlər müzakirə olunur. Bu müzakirələr beynəlxalq ictimaiyyətin diqqətini qlobal problemlərin həllinə yönəltməklə yanaşı, dövlətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verəcəkdir. Beləliklə, XIII Qlobal Bakı Forumu dünya ölkələri arasında dialoqun gücləndirilməsi və müasir dövrün mürəkkəb problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma kimi bir daha öz rolunu nümayiş etdirdi. Eyni zamanda, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan da öz növbəsində qlobal əməkdaşlıq və dialoqun təşviqinə daim töhfə verməyə çalışır. Təkcə regional deyil, həm də qlobal miqyasda sülhün, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən əhəmiyyətli beynəlxalq tədbirlərdən biri hesab olunan Qlobal Bakı Forumunun ölkəmizin paytaxtında təşkil olunması Azərbaycanın qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrildiyini nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

