Qanlı izlər
31.03.2026 [13:45]
Tarixi faktlar sübut edir ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib. Ermənilər himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırıb, özlərinə saxta tarix yazsalar da, yalan təbliğatın ömrünün uzun olmamasının fərqində idilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu. Bunlar tarixi faktlardır.
Xalqımızın başına gətirilən soyqırımılara siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Ümummilli Liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Sözügedən sənəd məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə təkan verdi. Fərmanda ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan bu gün onun axıra kimi həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixi araşdırmaların miqyası genişləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakmimiyyətə qayıdışından sonra tarixin saxtalaşdırılmasına yol verilməməsini qarşıya mühüm vəzifə kimi qoydu. Son 22 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman tariximizin öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çağırışlar edir. Cənab İlham Əliyev tarixi araşdırmaların genişləndirilməsini, yeni faktların aşkarlanmasını, Azərbaycanın başına gətirilən faciələri özündə ehtiva edən kitabların müxtəlif dillərdə nəşrini qarşıya əsas vəzifə kimi qoyur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin rolu böyükdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır.
Tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamını xüsusi qeyd etməliyik. Hər iki sənəd Azərbaycanın çoxəsrlik tarixinin vərəqlənməsində, ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara və türklərə qarşı törətdikləri faciələrin təbliğində öz sözünü dedi. Tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsində də erməni vəhşilikləri diqqətdən kənarda qalmadı. Ermənilər Gəncədə, Bərdədə, Tərtərdə terror aktlarını törətdilər. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqla davam etdirdilər. Ermənilərin tarix boyu insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Mart 22:23
Dünya
31 Mart 22:09
Dünya
31 Mart 21:50
YAP xəbərləri
31 Mart 21:32
Dünya
31 Mart 21:18
YAP xəbərləri
31 Mart 20:43
Dünya
31 Mart 20:32
Dünya
31 Mart 20:11
Dünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34

