10 ili tamam olan Aprel döyüşləri Tarixi Zəfərə yol açan başlanğıc idi
02.04.2026 [11:34]
Azərbaycanın hərb tarixində özünəməxsus yer tutan Aprel döyüşlərindən düz 10 il ötür. 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə ciddi dərs verdi və doğma Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını, Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi. Döyüşlərdən sonra Azərbaycan diplomatik cəbhədə də üstünlük əldə etdi.
Aprel döyüşlərində Azərbaycan Ordusu düşmən üzərində təkcə qələbə əldə etmədi, eyni zamanda “erməni ordusu” haqqında mifi ifşa etdi. Keçirilən əks-əməliyyat zamanı əldə edilən uğurlar, 2000 hektardan çox ərazinin azad olunması Azərbaycan xalqının və dövlətinin işğalla heç vaxt barışmayacağını da sübut etdi. 4 gün davam edən döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi, Lələtəpə və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı yüksəkliklər və digər ərazilərimiz işğaldan azad edildi. Talış kəndi istiqamətindəki yüksəkliklərin işğaldan azad edilməsi Naftalan şəhəri üçün təhlükəni aradan qaldırmağa, xüsusilə strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyinin azad edilməsi Horadiz şəhərinin müdafiəsini gücləndirməyə və ümumilikdə Füzuli rayonu istiqamətində geniş əraziyə nəzarət etməyə imkan yaratdı, habelə Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də təhlükəsizlik tam təmin edildi. Azərbaycanlı məcburi köçkünlər bərpa işlərindən sonra tarixi yurd yerinə qayıtdılar və beləliklə, aprel qələbəsi Böyük Qayıdış prosesinin başlanğıcı oldu.
Aprel döyüşlərinin ən mühüm hərbi-siyasi əhəmiyyəti ondan ibarət oldu ki, əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirən ordumuz strateji əhəmiyyətli əraziləri azad edərək, cəbhə xəttində konfiqurasiyanı dəyişdirdi. Ümumiyyətlə, aprel döyüşləri həmin dövrdə işğalçı rejimin siyasi vəziyyətinə ciddi təsir göstərdi. Sarkisyanın cinayətkar rejiminin girovuna çevrilən erməni xalqı Aprel döyüşlərindən sonra öz taleyi haqqında düşünməyə başladı. Belə ki, bu döyüşlərdəki məğlubiyyət Ermənistanda hakimiyyət dəyişikliyinin, siyasi böhranın başlanğıcı oldu. Bunun nəticəsi kimi 2 il sonra, 2018-ci ilin aprelində Ermənistanda yeni siyasi qüvvələr hakimiyyətə gəldi.
Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərə mühüm çağırış xarakteri daşıyırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, “Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”. Təsadüfi deyil ki, Azərbaycan Respublikası öz daxili gücünə və iqtisadi imkanlarına arxalanaraq 44 günlük Vətən müharibəsində bütün dünya hərb tarixində mühüm hadisə hesab edilən möhtəşəm Zəfər qazandı.
Bu qələbənin yekunu olaraq 10 il öncə Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu gün doğma Qarabağda – Xankəndidə, Şuşada, Laçında və digər işğaldan azad olunan ərazilərimizdə ucaldılmışdır. Aprel döyüşlərində qəhrəmanlıq göstərərək, Zəfər bayrağını növbəti qələbələrə üçün igid oğullara ötürən Vətənə torpağı naminə canını fəda etməyə hazır olduğunu sübut etmiş şəhidlərimiz əbədiyyətə qovuşdular. 10 il öncə xalqımızın qəhrəmanlığının bütün dünyaya nümayiş etdirən Aprel döyüşləri Tarixi Zəfərə yol açan başlanğıc oldu.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

