Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir
07.04.2026 [10:09]
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın Gürcüstanda yüksək səviyyədə və böyük ehtiramla qarşılanması isə bu münasibətlərin nə qədər möhkəm və səmimi olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda bu səfər Azərbaycan - Gürcüstan münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, gələcək inkişaf üçün geniş perspektivlərə malik olduğunu aydın şəkildə ortaya qoydu. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi və görülən işlərin nəticələrini əks etdirdi.
Prezident qeyd etdi ki, tarixi baxımdan Gürcüstan və Azərbaycan xalqları əsrlər boyu dostluq və qardaşlıq ənənələri ilə yaşamış, bir-birinin mədəni və sosial inkişafına dəstək olmuşlar. Bu tarixi bağlar iki müstəqil dövlətin münasibətlərinin möhkəm təməlini təşkil edir və bu gün də etimad üzərində davam edir. Dövlət başçısı səfər zamanı bu ənənələrin müasir dövrdə də qorunduğunu vurğuladı. Siyasi tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qoruyur. Bu qarşılıqlı dəstək və siyasi sabitlik regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır. İqtisadi sahədə əldə edilən nailiyyətlər də diqqətəlayiqdir. Prezident İlham Əliyev qeyd etdi ki, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan çox olmuş və ilin ilk rübündə artım davam etmişdir. Azərbaycan Gürcüstana indiyədək 3,7 milyard dollar sərmayə qoymuşdur. Sərmayə qoyuluşu üçün əlverişli mühit və Gürcüstanın siyasi sabitliyi yeni layihələrə və üçüncü ölkələrə birgə sərmayə imkanları yaradır. Prezident vurğuladı ki, Gürcüstanın dinamik iqtisadi inkişafı Azərbaycan investorlarını da həvəsləndirir və ikitərəfli iqtisadi əməkdaşlıq davamlı olaraq genişlənir. Regional təhlükəsizlik və sülh təşəbbüslərinə gəldikdə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb və region ölkələri mövcud imkanlardan səmərəli istifadə etməlidir. Azərbaycan–Ermənistan arasında sülh prosesinin gücləndirilməsində ticarət əlaqələrinin rolu önəmlidir və Gürcüstan bu prosesdə vasitəçi və tranzit ölkə kimi çıxış edir. Prezident İlham Əliyev bu kontekstdə Gürcüstanın rolunu xüsusi qeyd etdi. Bununla yanaşı energetika və nəqliyyat sahəsində əməkdaşlıq isə iki ölkə münasibətlərinin əsas tərkib hissəsi olduğu vurğulandı. Belə ki, Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ixracın böyük hissəsi Gürcüstan vasitəsilə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi region üçün strateji əhəmiyyət daşıyır. Orta Dəhliz və digər nəqliyyat layihələri Azərbaycan - Gürcüstan birgə infrastrukturunun əsasını təşkil edir, regional və qlobal əməkdaşlığa töhfə verir.
Ən əsası, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət kəsb etdi. Səfər Azərbaycan - Gürcüstan əməkdaşlığının gələcək perspektivlərini aydın şəkildə göstərdi və ölkəmizin qonşuluq prinsiplərinə sadiqliyini nümunəvi şəkildə nümayiş etdirdi.
Xalid Ələkbərov,
YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

