Azərbaycan və Gürcüstan hər zaman bir yerdədir
08.04.2026 [11:35]
Azərbaycan ilə Gürcüstan arasında əsrlər boyu davam edən yaxşı qonşuluq və xüsusi tarixi dostluq münasibətləri olub və bu gün də davam etdirilir. Bu isə məntiqi olaraq, dövlətlərimiz arasında güclü strateji tərəfdaşlığı əks etdirir. Hazırda ölkələrimiz arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir. Qonşu Gürcüstan dövləti və xalqı bu proseslərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi səylərini və iştirakını yüksək dəyərləndirir.
Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana etdiyi səfər çərçivəsində mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. Mövcud əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyaraq daha geniş regional və iqtisadi məzmun kəsb edir. Heç şübhəsiz ki, Prezidentimizin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Müzakirə olunan məsələlər bir daha onu göstərdi ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Tarixi əlaqələrimiz dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir.
Prezident İlham Əliyev bildirdi ki, biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.
Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər.
Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasındakı münasibətlərə gəlincə isə Dövlət Başçısı qeyd etdi ki, qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Prezidentimizin yaxın qonşu və dost ölkə olan Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar bir daha təsdiq edir ki, iki dövlət arasında münasibətlər strateji xarakter daşıyır və davamlı inkişaf xətti üzrə irəliləyir. Bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcəkdir. Çünki Azərbaycan və Gürcüstan hər zaman bir yerdədir.
Cavahir Əhmədova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
10 Aprel 21:19
Dünya
10 Aprel 20:53
İdman
10 Aprel 20:25
Dünya
10 Aprel 20:09
Dünya
10 Aprel 19:42
Dünya
10 Aprel 19:30
Dünya
10 Aprel 19:18
Müsahibə
10 Aprel 18:25
İqtisadiyyat
10 Aprel 18:05
Sosial
10 Aprel 17:53
Sosial
10 Aprel 17:52
Maraqlı
10 Aprel 17:32
Siyasət
10 Aprel 17:09
Dünya
10 Aprel 16:21
MEDİA
10 Aprel 15:52
Gündəm
10 Aprel 15:23
Sosial
10 Aprel 14:53
Sosial
10 Aprel 14:52
Sosial
10 Aprel 14:06
Siyasət
10 Aprel 14:04
Hadisə
10 Aprel 13:37
İqtisadiyyat
10 Aprel 13:09
YAP xəbərləri
10 Aprel 13:03
İqtisadiyyat
10 Aprel 13:01
Siyasət
10 Aprel 13:00
Xəbər lenti
10 Aprel 12:56
Mədəniyyət
10 Aprel 12:37
Gündəm
10 Aprel 12:19
Elm
10 Aprel 12:12
Siyasət
10 Aprel 12:11
Gündəm
10 Aprel 11:52
Elm
10 Aprel 11:48
Gündəm
10 Aprel 11:37
Sosial
10 Aprel 11:15
Elm
10 Aprel 11:15
Elm
10 Aprel 11:14
Gündəm
10 Aprel 11:13
Siyasət
10 Aprel 11:04
İqtisadiyyat
10 Aprel 11:01
Gündəm
10 Aprel 10:58
İqtisadiyyat
10 Aprel 10:54
Din
10 Aprel 10:34
Analitik
10 Aprel 10:17
Analitik
10 Aprel 09:55
Ədəbiyyat
10 Aprel 09:32
YAP xəbərləri
10 Aprel 09:30
Analitik
10 Aprel 09:15
Sosial
10 Aprel 08:50
MEDİA
10 Aprel 08:39
Sosial
09 Aprel 23:45
YAP xəbərləri
09 Aprel 23:26
Dünya
09 Aprel 23:20
Sosial
09 Aprel 22:43
Dünya
09 Aprel 22:30
Dünya
09 Aprel 22:19
Dünya
09 Aprel 21:57
Dünya
09 Aprel 21:10
Maraqlı
09 Aprel 20:49
Dünya
09 Aprel 20:32
İqtisadiyyat
09 Aprel 20:18
Hadisə
09 Aprel 19:51
Dünya
09 Aprel 19:30
Analitik
09 Aprel 19:25
Müsahibə
09 Aprel 19:24
Dünya
09 Aprel 18:49
Sosial
09 Aprel 18:22
Siyasət
09 Aprel 17:37
Dünya
09 Aprel 17:37
Dünya
09 Aprel 17:13
Hərbi
09 Aprel 17:04

