Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
25.05.2026 [12:26]
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən mühüm hadisələrdən biri olmuşdur. Şərqdə ilk demokratik və parlamentli respublika kimi tarixə düşən bu dövlət xalqımızın azadlıq, milli birlik və müstəqillik arzularının təntənəsi idi. Lakin mürəkkəb siyasi şərait, xarici müdaxilələr və daxili çətinliklər səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Bu tarixi həqiqət müstəqilliyin əldə olunmasının deyil, onun qorunub saxlanılmasının və möhkəmləndirilməsinin daha vacib olduğunu göstərir.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində böyük işlər həyata keçirmişdir. Dövlət atributları yaradılmış, milli ordu formalaşdırılmış, ana dili dövlət dili elan edilmiş, təhsil və mədəniyyət sahəsində mühüm addımlar atılmışdır. Parlamentin fəaliyyəti, demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi və insan hüquqlarına verilən önəm həmin dövr üçün çox böyük nailiyyət idi. Xüsusilə qadınlara seçki hüququnun verilməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin nümunəsi olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərə əsaslanan dövlət kimi fəaliyyət göstərirdi. Cümhuriyyətin əsas xüsusiyyətlərindən biri parlamentli idarəetmə sisteminin yaradılması idi. Parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin təmsil olunması dövlətin demokratik mahiyyətini göstərirdi. Həmin dövrdə qəbul olunan qanunlar insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edirdi. Dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunurdu. Cümhuriyyətin dünyəvi dövlət modeli yaratması da onun ən mühüm xüsusiyyətlərindən biri idi. Dövlət və din münasibətləri müasir prinsiplər əsasında tənzimlənirdi. Dünyəvilik prinsipi dövlət idarəçiliyində demokratik inkişafın əsas istiqamətlərindən biri kimi qəbul olunmuşdu. Bu siyasət ölkədə tolerantlıq və multikultural dəyərlərin möhkəmlənməsinə şərait yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti qadın hüquqları sahəsində də mühüm islahatlar həyata keçirdi. Qadınlara seçki hüququnun verilməsi Şərq və müsəlman aləmində ilk dəfə Azərbaycanda baş verdi. Bu, demokratik cəmiyyət quruculuğunun və insan hüquqlarına hörmətin ən mühüm nümunələrindən biri idi. Hətta bir çox Avropa ölkələrindən əvvəl Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ verilmişdi.
Cümhuriyyət dövründə milli ordu quruculuğuna da xüsusi diqqət yetirilirdi. Dövlətin təhlükəsizliyinin təmin olunması və müstəqilliyin qorunması məqsədilə milli ordu formalaşdırıldı. Azərbaycan ordusu xalqın dövlətçilik ruhunun və vətənpərvərliyinin simvoluna çevrildi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində öz dövlətçiliyini qoruya bildi. suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Sevindirici haldır ki, bu gün, Azərbaycan özünün hər bir sahədə dinamik inkişaf dövrünü yaşayır, çünki ölkə Prezidenti, cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi, Azərbaycan Bayrağının bu gün, artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Hal-hazırda, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Təbii ki, qazanılmış olan bu nailiyyətlər, öz növbəsində hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

