28 May – Azərbaycan Xalqının Milli Qürur Bayramı
25.05.2026 [13:54]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 28 May xüsusi və əlamətdar yer tutur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq arzularının, milli birlik və müstəqillik istəyinin parlaq təcəssümü oldu. Bu tarixi hadisə ilə Azərbaycan nəinki öz müstəqilliyini elan etdi, həm də bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublikanın əsasını qoydu.
108 il əvvəl istiqlaliyyətimizin elanı Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutsa da, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Vətəndə böyük coşqu ilə qarşılandı.
1917-ci ildən Bakının bolşevik və erməni daşnaklarının işğalı altında olması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti üçün ölkənin ikinci ən böyük şəhəri, Gəncənin seçilməsini labüdləşdirdi. Qısa müddətdə Gəncə şəhərinə köçən Azərbaycan hökumətinin qarşısında Bakının azad edilməsi birinci hədəf kimi qoyulmuşdu. Bunun üçün isə əvvəlcə silahlı qüvvələrin yaradılması yönündə vacib işlər görülməli, hərbi-texniki dəstək təmin edilməli idi. Bunu yaxşı bilən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri Türkiyə dövləti ilə əldə edilən razılaşma əsasında hərbi əməkdaşlığın genişləndirilməsinə üstünlük verirdilər.
Müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün 26 iyun 2018-ci il tarixində ilk addım atıldı və Əlahiddə Müsəlman Korpusunun əsasında silahlı qüvvələrimizin yaradılması elan edildi. Ordunun ilk işi o zaman ölkədə yaranan hakimiyyətsizlikdən istifadə edərək yerlərdə pozuculuq fəaliyyəti göstərən erməni daşnaklarının silahlı dəstələrinin Gəncə və ətraf rayonlarda tərk-silah edilməsi oldu.
Bundan sonra hərbi əməkdaşlıq haqqında saziş əsasında qardaş Türkiyədən göndərilən canlı qüvvə və hərbi texnikanın köməyi ilə Azərbaycan tezliklə öz paytaxtını azad etmək üçün fəaliyyətə başladı. Türkiyədən Gəncəyə gələn Qafqaz İslam Ordusunun qüvvələri Nuri Paşanın rəhbərliyi altında Azərbaycan Ordusunun bölmələri ilə birlikdə Bakıya doğru hərəkət etdilər. Kürdəmir, Ağsu, Göyçay, Şamaxı və digər bölgələrdə erməni-bolşevik qüvvələrrinin müqavimətini qıran Qafqaz İslam Ordusu və Milli Ordumuz qızğın döyüşlərdən, mühüm hərbi əməliyyatlardan sonra 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad etdi.
Paytaxtın azad edilməsindən sonra qısa müddətdə Gəncədən Bakıya köçən Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti genişmiqyaslı fəaliyyətə başladı. Həmin ilin dekabrında Müsəlman Şərqindəki ilk demokratik, dünyəvi müstəqil respublikanın parlamenti də formalaşdı. Rusiya Müsəlmanları İttifaqının sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamenti müstəqil dövlətin atributlarının qəbulundan tutmuş ölkədə iqtisadi, sosial, səhiyyə, hərbi sahədə quruculuq işləri və islahatların həyata keçirilməsi üçün qanunvericilik aktlarının hazırlanmasına başladı.
Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti o dövrün məhdud imkanları ilə miqyasına görə o qədər böyük işlər gördü ki, sovet rejimi nə qədər çalışsa da, müstəqil dövlətimizin izlərini tarixdən silə bilmədi. Həmin gerçəkliyin nəticəsi idi ki, sovet dövləti laxlayan kimi müstəqil dövlətimizin bayrağı da, gerbi də, himni də ortaya çıxdı. Lakin müstəqilliyin bərpası ərəfəsində Azərbaycana rəhbərlik edənlər “bolşeviklərin varisləri” kimi, üçrəngli bayrağımızdan da, gerbimizdən də, dahi Üzeyir Hacıbəylinin istiqlal şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi himnimizdən də qorxurdular. Buna baxmayarq, Ulu Öndər Heydər Əliyev həmin dövrdə heç nədən qorxmadı. 20 Yanvar qətliamından sonra Moskvadan Bakıya qayıdan, lakin burada ona qarşı törədilən ciddi maneələrdən sonra Naxçıvana üz tutan Ümummilli Lideri doğma yurdu bağrına basdı. Belə ki, Ulu Öndər 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və 1993-cü ilədək bu vəzifədə çalışdı. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetində təmsil olunan xalqın ağsaqqalı və dahi şəxsiyyəti Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, mərkəzi qanunvericilik hakimiyyəti qarşısında milli rəmzlərimizin qəbul edilməsi üçün vəsatət qaldırılmışdı. 1991-ci ildə SSRİ-də yaranan vəziyyəti düzgün qiymətləndirməyən respublika rəhbərliyi bu məsələlərdə ciddi müqavimət göstərsə də, sonradan reallığı qəbul etməyə məcbur qaldı. Son nəticədə 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası baş tutdu.
Müstəqilliyin bərpasından sonra hakimiyyətdə olan və daha sonra iqtidara yiyələnənlər müstəqil Azərabycan Respublikasının 28 may 1918-ci ildə elan edilən, iki ilə yaxın mövcud olan, bolşevik işğalı və basqısı ilə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qəbul etsələrdə də, bir çox hallarda tarixi varisçilik prinsipinə əməl etmirdilər. Bu durum müstəqilliyin bərpasından tutmuş silahlı qüvvələr gününün qeyd edilməsinə qədər bir çox ciddi tarixi hadisələrdə özünü göstərirdi. Həmin ziddiyyətli məsələlər yalnız Ümummilli Lider müstəqil Azərbaycana başçılıq etdiyi dövrdə həllini tapdı.
Xatırladaq ki, Ulu Öndər yenidən hakimiyyətin yüksək pilləsinə qalxanda müstəqilliyimizin 75-ci illiyi tamam olmuşdu. 1993-cü ilin yazında Azərbaycan “ya məhv olmaq, ya da mövcudluğunu qorumaq” dilemması qarşısında qalmışdı. Xalqın təkidli tələbi həmin çətin dövrdə Ulu Öndəri Naxçıvandan Bakıya gəlməyə və vətəndaş müharibəsinin qarşısını almağa səfərbər etdi. Bu minvalla ölkəmizdə müqəddəs qurtuluş dastanı yazılmağı başladı. Müəllifi Ulu Öndər olan bu tarixi reallıq Azərbaycanı uğurdan-uğura aparır.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz sayəsində108 il əvvəl əldə edilən müstəqilliyin ən şanlı dövrünü yaşayırıq. Tarixi ədalətin bərpasından sonra 1918-ci il mayın 28-də müstəqilliyimizi dünyaya bəyan edən istiqlal mücahidlərinin də, istiqlal uğrunda şəhid olan bütün qəhrəman övladlarımızın da ruhu şaddır.
28 May – Müstəqillik Günü hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Bu bayram bizə xatırladır ki, müstəqillik asan əldə olunmayıb və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Azərbaycan xalqı öz qəhrəman oğul və qızlarının fədakarlığı sayəsində azad və müstəqil dövlətə sahib olmuşdur. Biz də gələcək nəsillərə güclü, inkişaf etmiş və müstəqil Azərbaycan ötürmək üçün birlik və həmrəylik içində çalışmalıyıq
Yaşasın müstəqil Azərbaycan!
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

