/ / YAP Masallı rayon təşkilatında 2013-cü ilin yekunları və yeni ildə qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib
YAP Masallı rayon təşkilatında 2013-cü ilin yekunları və yeni ildə qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib
16.01.2014 [14:44]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında 2013-cü ilin yekunları və yeni ildə qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər. Yığıncağı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq deyib ki, ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini də başa vurub. Ötən ildə də xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətinin nailiyyətlərinin şahidi olub: “Qazanılan bütün müvəffəqiyyətlərdə Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ötən müddət ərzində YAP dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi. Hesabat ilində doğma Azərbaycanımız həyatın bütün sahələrində uğurlara imza atıb”.
Natiq qeyd edib ki, 2013-cü il ölkənin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da fərəhli bir il olub. Abadlıq-quruculuq işlərinə xüsusi qayğı rayonun inkişafına rəvac verib.
2013-cü ilin fərəhli göstəricilərindən söhbət açan S.Əliyev diqqəti Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqinə yönəldib. “Ölkə rəhbəri 2013-cü ilin uğurlarından bəhs edərək göstərdi ki, ötən ildə də iqtisadiyyatımızın inkişafı davam edib. Ümumi daxili məhsul təxminən 6 faiz artıb. Bu çox böyük göstəricidir. Bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul 1-1,5 faiz həcmində artır. Bizim nəticələrimiz isə çox sevindiricidir. Əhalinin pul gəlirləri 8 faiz artıb. Keçən il 110 min yeni iş yeri açılıb, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub ki, bu, rekord göstəricidir. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixə yazılacaq” - deyə, S.Əliyev vurğulayıb.
Natiq daha sonra ölkə rəhbərinin 2014-cü ildə bu uğurların daha da artırılmasına dair tövsiyə və göstərişlərini də diqqətə çatdırıb.
YAP rayon təşkilatının fəaliyyətindən danışan S.Əliyev siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs edib, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb. O həmçinin, qeyd edib ki, YAP rayon təşkilatı xalqın etimad və etibarını qazanan siyasi qüvvədir. Odur ki, YAP Masallı rayon təşkilatı hazırda öz ətrafında təxminən 10 min rayon sakinini birləşdirir. “Təkcə 2013-cü ildə 523 nəfər partiyamızın sıralarına qəbul olunub. Onlardan 203 nəfərini qadın, 297 nəfərini isə gənclər təşkil edir. Rayonun bütün sahələrində Yeni Azərbaycan Partiyasının fəalları fərqlənirlər” - deyə, təşkilat sədri bildirib.
Seyfəddin Əliyev daha sonra 2014-cü ildə təşkilatın qarşısında duran əsas vəzifələri toplantı iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin davamında Gəyəçöl ərazi ilk partiya təşkilatının sədri Elman Rəhimov, şura üzvü Füzuli Fətullayev çıxışlarında ölkədə, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açıblar.
Sonda YAP Masallı rayon təşkilatının tədbirlərində fəallıq göstərən bir qrup partiya fəalına qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

