Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / AĞCABƏDİDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

AĞCABƏDİDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

01.06.2026 [21:23]

1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə  Ağcabədi şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Gələcəyin qurucuları və memarları” adlı yaradıcılıq festivalı keçirilib.

 “Şəhərsalma və Memarlıq ili” çərçivəsində təşkil olunan tədbirə qatılan uşaqlar sevincli anlar yaşayıb.

 Bayramsayağı bəzədilmiş parkda uşaqların əylənməsi və bacarıqlarını nümayiş etdirməsi üçün hər bir şərait yaradılıb. Parkın müxtəlif guşələrində azyaşlıların əl işlərindən ibarət sərgilər nümayiş etdirilib, onların ifasında musiqi nömrələri, şerlər səsləndirilib və nümunəvi idman çıxışları təqdim edilib.

Festivalın əvvəlində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və rəsmi qonaqlar Ümummili lider Heydər Əliyevin parkdakı büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra müəyyən edilmiş ardıcıllıqla rəsm, idman və əyləncəli oyun guşələri ilə tanış olublar.

Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Nərmin Quliyeva və Heydər Məmmədov səhnəyə çıxaraq qonaqları salamlayıblar. Onlar  1 İyun tarixinin 1950-ci ildən başlayaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunmasını qeyd etmiş, dünyanın əksər ölkələrində olduğu kimi, bu günün hər il müstəqil Azərbaycanımızda da yüksək səviyyədə və böyük ruh yüksəkliyi ilə qeyd edildiyini diqqətə çatdırmışlar.

Ağcabədi Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yaradıcılıq festivalı rəsmi olaraq açıq elan edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbirdə çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, ən xoş arzularını  çatdırıb.O, çıxışında qeyd edib ki, uşaqlara qayğı və onların hüquqlarının qorunması ölkəmizdə həmişə diqqət mərkəzində olmuşdur.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmiş, Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  2009-cu il Respublikamızda “Uşaq ili” elan edilmişdir.  Sonra rayon rəhbəri YAŞAT Fondu tərəfindən Ağcabədi rayonundan olan şəhid övladlarına bayram münasibətilə göndərilmiş hədiyyələri onlara təqdim edib.

Festivalda həmçinin Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov çıxış edib. O, uşaqları təbrik edib, təhsildə və həyatda uğurlar arzulayıb.

Tədbir uşaqların təqdimatında bir birindən gözəl mahnı və rəqs nömrələri ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30