Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsində
06.07.2026 [13:05]
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu bir daha təsdiqlədi. Dövlət başçısının çıxışı yalnız indiyədək əldə olunmuş əməkdaşlıq nəticələrinin ümumiləşdirilməsi deyil, eyni zamanda qarşıdakı dövrdə siyasi, iqtisadi və geostrateji istiqamətləri müəyyənləşdirən mühüm konseptual baxış kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa Komissiyası ilə münasibətlərdə artıq “görünməmiş dinamika” müşahidə olunur. Bu dinamika təsadüfi xarakter daşımır, əksinə son illər ərzində formalaşmış qarşılıqlı etimadın, praqmatik yanaşmanın və üst-üstə düşən maraqların məntiqi nəticəsidir.
Son illərdə beynəlxalq siyasətdə baş verən mürəkkəb proseslər, enerji bazarlarında yaşanan dəyişikliklər və təhlükəsizlik sahəsində artan çağırışlar Avropa İttifaqının etibarlı tərəfdaşlara olan ehtiyacını daha da aktuallaşdırıb. Məhz bu kontekstdə Azərbaycan özünü sabit, məsuliyyətli və etibarlı tərəfdaş kimi təsdiqləməyi bacarıb. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərinin intensiv xarakter alması oldu. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, mayda Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın, iyulun əvvəlində isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri münasibətlərin keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu diplomatik fəallıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna verdiyi strateji əhəmiyyətin bariz nümunəsidir. Artıq Bakı təkcə regional aktor kimi deyil, həm də Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qəbul olunur.
Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin iqtisadi məzmununu aydın şəkildə ortaya qoyur. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Eyni zamanda, Cənubi Qafqaz regionu üzrə Avropa İttifaqının ticarət əlaqələrinin təxminən 70 faizi məhz Azərbaycanla həyata keçirilir. Bu göstəricilər ölkəmizin region iqtisadiyyatında lider mövqeyini bir daha təsdiqləyir. Azərbaycan iqtisadiyyatında həyata keçirilən şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühiti və beynəlxalq nəqliyyat layihələrinin uğurlu icrası ölkəmizi Avropa üçün cəlbedici iqtisadi tərəfdaşa çevirib. Elə bu praqmatik əməkdaşlıq modeli də siyasi münasibətlərin daha sağlam və dayanıqlı əsaslar üzərində formalaşmasına imkan yaradır.
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji mahiyyətini müəyyən edən əsas istiqamətlərdən biri enerji təhlükəsizliyidir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. 2022-ci ildə enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu artıq praktik nəticələr verməkdədir. Həmin dövrdən bəri Avropa İttifaqına Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqı ölkələrinə göndərilir və artıq 10 Avropa dövləti Azərbaycan qazından istifadə edir. Bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi isə əməkdaşlığın perspektivlərinin kifayət qədər böyük olduğunu göstərir. Əldə olunan bu nəticələrin təməlində isə nəhəng infrastruktur layihələri dayanır. Uzunluğu 3500 kilometrdən artıq olan Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji layihələrindən biri hesab olunur. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Avrasiyanın enerji xəritəsini dəyişdirən mühüm təşəbbüsə çevrilib. Azərbaycanın öz maliyyə resursları hesabına reallaşdırdığı bu layihə dövlətimizin həm iqtisadi gücünü, həm də strateji baxışını aydın şəkildə nümayiş etdirir.
Dövlət başçısının çıxışında xüsusi yer tutan məsələlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıq idi. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan artıq Avrasiyanın mühüm tranzit qovşaqlarından birinə çevrilib. Müasir geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Çinlə Avropa arasında yükdaşımaların alternativ marşrutları sırasında Azərbaycanın rolu sürətlə yüksəlir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu infrastrukturu və müasir logistika mərkəzləri ölkənin bu üstünlüyünü daha da möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni geosiyasi reallıqlar limanların və dəmir yolu imkanlarının daha da genişləndirilməsini zəruri edir. Azərbaycan isə bunu öz maliyyə imkanları hesabına ardıcıl şəkildə reallaşdırır. Bu isə ölkəmizin yalnız enerji sahəsində deyil, həm də qlobal ticarət və logistika sistemində mühüm rol oynadığını təsdiqləyir.
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni və böyük perspektiv vəd edən istiqamətlərdən biri də bərpaolunan enerji sahəsidir. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər Azərbaycanın yaşıl enerji siyasətinin miqyasını aydın şəkildə göstərir. Hazırda xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində ölkəmizdə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu isə yalnız daxili tələbatın ödənilməsi baxımından deyil, gələcəkdə yaşıl enerjinin Avropa bazarlarına ixracı baxımından da böyük imkanlar yaradır. Xəzər dənizinin zəngin külək potensialı, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması, Qara dəniz vasitəsilə enerji kabeli layihəsinin gündəmdə olması Azərbaycanın Avropanın yaşıl keçid strategiyasında mühüm tərəfdaşa çevrildiyini göstərir. Beləliklə, ənənəvi enerji sahəsində formalaşmış strateji əməkdaşlıq artıq bərpaolunan enerji istiqamətində də yeni məzmun qazanır.
Ölkə Prezidentinin bəyanatında diqqət çəkən digər mühüm məqamlardan biri Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda sülh prosesinin gedişi ilə bağlı idi. Ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması artıq regionda yeni siyasi reallıq formalaşdırıb. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, sülh artıq de-fakto mövcuddur və bunun nəticələri gündəlik həyatda hiss olunmağa başlayıb. Azərbaycanın Ermənistana daşınan yüklər üçün öz ərazisində tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması məhz bu siyasi iradənin praktik təzahürüdür. Ən mühüm məqamlardan biri isə Azərbaycanın sülhə qalib dövlət mövqeyindən yanaşmasıdır. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda əməkdaşlıq və inteqrasiya modelini təşviq edir. Avropa Komissiyasının bu prosesə dəstək verməyə hazır olduğunu bildirməsi isə Cənubi Qafqazın gələcəkdə münaqişə məkanı deyil, əməkdaşlıq və tərəfdaşlıq coğrafiyasına çevrilməsi üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin iyulun 1-də səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq klassik enerji tərəfdaşlığı çərçivəsini çoxdan aşaraq geniş geosiyasi əməkdaşlıq platformasına çevrilib. Enerji, ticarət, nəqliyyat, yaşıl iqtisadiyyat və regional təhlükəsizlik kimi istiqamətlər üzrə formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və milli maraqlara əsaslanan siyasətin uğurlu nümunəsidir. Elə bu səbəbdən Azərbaycan Avropa üçün etibarlı tərəfdaş, Avropa isə ölkəmizin iqtisadi və siyasi inkişafında mühüm tərəfdaş olaraq qalır. Yeni geosiyasi reallıqlar fonunda bu əməkdaşlığın daha da dərinləşməsi həm regionun, həm də bütövlükdə Avrasiyanın sabitliyi və rifahı baxımından strateji əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57

