Azərbaycan – Slovakiya əlaqələri yeni inkişaf mərhələsində
16.07.2026 [16:37]
Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə davamlı şəkildə inkişaf edir və və bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm görüşlər münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Bu cür təmaslar tərəflərin bir-birinə olan etimadını artırmaqla yanaşı, gələcək əməkdaşlıq üçün də yeni imkanlar yaradır.
Azərbaycan ilə Slovakiya arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu əlaqələr əsasən siyasi dialoq, iqtisadi tərəfdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzərində qurulub. Hər iki ölkə Avropa İttifaqı ilə tərəfdaşlıq formatında müxtəlif layihələrdə iştirak edir, enerji təhlükəsizliyi və regional sabitlik məsələlərində ortaq maraqlar nümayiş etdirir. Slovakiya Azərbaycanın Avropaya inteqrasiya prosesinə dəstək verir və ölkəmizin strateji mövqeyini yüksək qiymətləndirir.
Siyasi dialoqun intensivləşməsi ölkələr arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir. Liderlər arasında keçirilən görüşlərdə yalnız mövcud münasibətlər deyil, gələcək əməkdaşlıq istiqamətləri də ətraflı müzakirə olunur. Bu isə onu göstərir ki, Azərbaycan və Slovakiya əlaqələri təsadüfi deyil, uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır.
İqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Enerji, sənaye, ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol Slovakiya tərəfindən də yüksək qiymətləndirilir və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Bununla yanaşı, təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Universitetlər arasında əməkdaşlıq, tələbə mübadiləsi proqramları və ortaq mədəni layihələr gələcək nəsillərin bir-birini daha yaxından tanımasına şərait yaradır.
Slovakiya ilə Azərbaycan arasında əlaqələrin bugünkü səviyyəsi gələcəkdə daha böyük uğurlar üçün möhkəm zəmin yaradır. Müntəzəm siyasi dialoq, qarşılıqlı hörmət və ortaq maraqlar əməkdaşlığın daha da genişlənəcəyinə əminlik yaradır. İki ölkənin nümayəndə heyətlərinin müxtəlif sahələr üzrə fəal işləməsi onu göstərir ki, münasibətlər artıq təkcə müzakirələrdən ibarət deyil, konkret layihələr və real nəticələrlə müşayiət olunur. Slovakiya–Azərbaycan münasibətləri qarşılıqlı etimada və səmimi tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq nümunəsidir. əlaqələrin gələcək illərdə də yeni istiqamətlər üzrə inkişaf edəcəyi və hər iki xalqın rifahına mühüm töhfə verəcəyi şübhə doğurmur.
Sona Əsədova
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55

