Uğurla inkişaf edən münasibətlər
17.07.2026 [14:43]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşada verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan bu gün regionda sülhün, əməkdaşlığın və qarşılıqlı etimada əsaslanan münasibətlərin təşviqində mühüm rol oynayan ən etibarlı dövlətlərdən biridir. Mədəniyyət paytaxtımız Şuşada keçirilən bu görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan bir görüşdür.
Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün regionun mühüm beynəlxalq dialoq məkanına çevrilib. Məhz bu şəhərdə müxtəlif dövlət başçılarının, beynəlxalq təşkilat nümayəndələrinin və nüfuzlu qonaqların qəbul edilməsi Azərbaycanın gündən- günə artan beynəlxalq nüfuzunun və Möhtərəm Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun bariz göstəricisidir.
Möhtərəm Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Slovakiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəminin formalaşdığını diqqətə çatdırdı. Bu isə bir daha onu göstərir ki, ölkəmiz Avropa dövlətləri ilə bərabərhüquqlu və etibarlı tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir.
Bəyanatda enerji təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirildi. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ən etibarlı ölkələrdən biridir. Təbii qaz ixracının genişlənməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Slovakiya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.
Möhtərəm Prezident İlham Əliyevin çıxışında müstəqil, suveren Azərbaycanın sülh gündəliyinə sadiqliyi də aydın şəkildə ifadə olundu. Ölkəmiz regionda davamlı sülhün və sabitliyin təmin olunmasının tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi dünya ictimaiyyəti tərəfindən getdikcə daha geniş şəkildə qəbul edilir və dəstəklənir.
Şuşada səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda beynəlxalq əməkdaşlığa böyük önəm verən bir dövlətdir. Son illərdə əldə olunan uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun artması və strateji tərəfdaşlarının sayının çoxalması Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin nəticəsidir.
Slovakiya Prezidentinin Şuşaya səfəri və burada keçirilən görüşlər həm də işğaldan azad edilmiş ərazilərimizin bərpasına və inkişafına beynəlxalq marağın artdığını nümayiş etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünyanın diqqət mərkəzindədir və Azərbaycan öz gücü hesabına bu işləri həyata keçirir.
Heç şübhəsiz ki, Şuşada keçirilən bu görüş və verilən bəyanatlar Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişafına yeni təkan verəcək, eyni zamanda ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını, beynəlxalq nüfuzunu və strateji əhəmiyyətini gündən-günə artırır. Şuşadan dünyaya ünvanlanan bu mesaj bir daha göstərdi ki, Azərbaycan sabitliyin, tərəfdaşlığın və qarşılıqlı etimadın ən etibarlı məkanıdır.
Murğuz Alıyev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17

