Ana dilimizi gələcək nəsillərə ötürmək hər birimizin borcudur
27.07.2026 [16:03]
Məlumdur ki, dünyanın ən zəngin dillərindən biri olan Azərbaycan dili xalqımızın milli kimliyinin, düşüncə tərzinin, mənəviyyatının əsasını təşkil edir. Tarixin ağır sınaqlarından çıxmış ana dilimizin kökləri minilliklərə gedib çıxır. Ədəbi ənənələri ilə zəngin, Dədə Qorqud irsindən süzülərək bu günə qədər gələn qədim dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın varlıq nişanəsi, milli dövlətçiliyimizin simvoludur.
Yeri gəlmişkən, qeyd edək ki, hazırda dünyada 5 minə yaxın dil mövcuddur, lakin onların yalnız 200-ə yaxını rəsmi dövlət dili statusuna malikdir. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır. Ana dilimiz Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə Avropa dillərinin təsirinə məruz qalsa da, öz tarixi-mədəni bütövlüyünü qoruyaraq yaşayır və inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də əxlaqın aynası, vətənpərvərliyin mayası və ədəbiyyatın nəfəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Sovet imperiyasının milli dilləri sıxışdırdığı dövrdə Ulu Öndər Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda əsl qəhrəmanlıq göstərdi. 1978-ci ildə Konstitusiyaya “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi tarixi və cəsarətli bir addım idi. Ulu Öndərin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ədəbiyyat və mətbuata dəstək göstərməsi, ziyalılara və dil xadimlərinə xüsusi münasibəti onun ana dilinə verdiyi yüksək dəyərin sübutudur. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan dilinin dövlət dili statusu 1995-ci ildə Konstitusiyada təsbit olundu, 2001-ci ildə isə latın qrafikalı əlifbaya keçid həyata keçirildi.
Məlum olduğu kimi, 1 Avqust tarixinin Azərbaycan əlifbası və Ana dili günü kimi qeyd olunması dil siyasətimizin ideoloji və praktik əsaslarla davam etdirildiyini göstərir. 2002-ci ildə qəbul edilən “Dövlət dili haqqında Qanun” isə Azərbaycan dilinin hüquqi statusunu tam olaraq nizamlayıb. Ulu Öndərin məşhur kəlamı bu gün də gənclər üçün yol göstəricisidir: “Dil, dil, bir də dil... Bizim gənclərə deyirəm ki, rus dilini də, ingilis, fransız dilini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”. Ulu Öndərin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman bu istiqamətdə atılan yeni və əhəmiyyətli addım oldu. Azərbaycan dili sadəcə rabitə vasitəsi deyil, həm də milli yaddaşımız, tarixi varlığımız və mənəvi birliyimizdir. Azərbaycan dili bizi yüzillər boyunca bir xalq kimi qoruyub. Müstəqil dövlətimizin olmadığı dövrlərdə belə dilimiz milli kimliyimizi yaşadan əsas dayaqlardan biri olub. Ona görə də bu dili qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə sevdirmək hər bir azərbaycanlının borcudur.
Ən əsası, Ana dilini sevdirməklə bizə kimliyimizi, milli düşüncə və duyğumuzu öyrədən müəllimlərimizin əməyi danılmazdır. Onların zəhməti sayəsində Azərbaycan dili bu gün özünün ən parlaq dövrünü yaşayır.
Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

