Milli varlığımızı özündə təcəssüm etdirən ana dilimizi göz bəbəyi kimi qoruyub saxlamaq!
28.07.2026 [10:19]
Məlumdur ki, dil hər bir xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və həyat fəlsəfəsini özündə əks etdirən ən mühüm dəyərdir. Azərbaycan dili - bizim ana dilimiz, sadəcə gündəlik danışıq vasitəsi yox, eyni zamanda xalqımızın milli varlığının göstəricisidir. Zəngin və qədim tarixə malik olan ana dilimiz, zaman-zaman böyük sınaqlardan keçmiş, lakin heç vaxt öz qüdrətini və mahiyyətini itirməmişdir. Ən çətin dövrlərdə belə bu dil nəinki qorunmuş, həm də xalqın mənəvi dayağı olaraq yaşadılıb və bu gün də varlığını qürurla davam etdirir. Böyük mədəniyyətə malik olan xalqımız ana dilini yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də ruhunun, düşüncəsinin, milli kimliyinin təcəssümü kimi yaşatmışdır. Bu dil ədəbi incilərimizdə, aşıq yaradıcılığında, dastanlarda, xalq nağıllarında, atalar sözlərində və bayatılarda özünün ən saf və təbii şəkildə ifadəsini tapmışdır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, uzun müddət işğal və asılılıq həyatı yaşamış xalqımız Azərbaycan dilinin qorunmasına və inkişaf etdirilməsinə sadəcə hüquqi deyil, mənəvi borc kimi yanaşmışdır. Lakin tarixin müxtəlif dövrlərində imperiya siyasəti yürüdən qüvvələr, bu dili sıxışdırmağa, onu unutturmağa və öz dillərini zorla qəbul etdirməyə çalışmışlar. Sovet imperiyası dövründə Azərbaycan dilinə qarşı məqsədli şəkildə assimilyasiya siyasəti yürüdülmüşdür. Ana dilinin rəsmi statusdan kənarda saxlanılması, eləcə də kitab nəşri və mətbuatın ciddi şəkildə məhdudlaşdırılması vasitəsilə Azərbaycan dilini zəiflətmək, xalqı isə öz mənəvi kimliyindən uzaqlaşdırmaq istiqamətində sistemli fəaliyyətlər həyata keçirilmişdir. Hətta xalqımızın gündəlik məişətinə belə yad dilin daxil edilməsi məqsədli şəkildə təşviq edilirdi. Sovet dövründə yalnız təhsil və rəsmi qurumlar deyil, gündəlik ünsiyyət mühiti, ailədaxili danışıq, iş yerləri və ictimai sahələr də yad dilin təsiri altına salınmağa çalışılırdı. Bu, yalnız texniki dil dəyişməsi deyildi – bu, xalqın milli ruhuna, özünüifadə formasına və mənəvi kimliyinə qarşı yönəlmiş məkrli bir siyasət idi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə ağır vəziyyətdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunmuşdu. Vəziyyət o qədər dözülməz idi ki, hətta o vaxt respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. İmperiyanın bütün basqıları və təzyiqləri fonunda Azərbaycan xalqına sədaqətini, Vətənə sonsuz bağlılığını fəaliyyəti ilə sübut edən Ümummilli lider Heydər Əliyev dövlət dili uğrunda ardıcıl və prinsipial mübarizə apararaq cəsarətli mövqe sərgilədi. Azərbaycan uğrunda daim ardıcıl mübarizə aparan Ulu öndər ana dilimizin dövlət dili kimi tanınması və yaşaması uğrunda qətiyyətli fəaliyyətə başladı, bu istiqamətdə həm siyasi, həm də mənəvi mühitin formalaşmasına öncüllük etdi.
Qeyd edək ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında, Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiya layihəsi və onun ümumxalq müzakirələrinin yekunlarına həsr olunmuş iclasda Ulu öndər Heydər Əliyev mühüm bir məruzə ilə çıxış etdi. Məhz Ümummilli liderin təşəbbüsü və siyasi iradəsi ilə Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada qəbul olunması təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu sıradan bir hadisə yox, xalqımızın milli kimliyinin və mənəvi varlığının tanınması istiqamətində atılmış mühüm addım idi. Beləliklə, Ümummilli liderin uzaqgörənliyi, qətiyyəti və vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycan dili uzun illər sonra yenidən dövlət dili statusunu qazandı, xalqın hüquqi və mənəvi qürur mənbəyinə çevrildi. Müstəqillik illərində də Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə olan xüsusi diqqəti və qayğısı onun dövlətçilik fəaliyyətində aydın şəkildə özünü göstərdi. Bu dövrdə ana dilimizin inkişafı və qorunması məsələsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin respublikanın dövlət dili olması rəsmi şəkildə təsbit edildi. Bu, yalnız hüquqi bir ifadə deyil, dilimizə və milli kimliyimizə verilən yüksək qiymətin təzahürü idi. Bundan əlavə, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması, eləcə də Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasının yaradılması, ana dilimizin inkişafına və cəmiyyətdə layiqli yer tutmasına yönəlmiş mütərəqqi addımlar idi. Ən nəhayət, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il ölkəmizdə 1 avqust – Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Bu mühüm qərar, bütövlükdə ana dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə layiqincə ötürülməsi istiqamətində atılmış tarixi və strateji bir qərar oldu. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənə, Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildi. Azərbaycanın müstəqillik əldə etmədiyi dövrlərdə xalqımızı bir millət kimi qoruyub saxlayan əsas sütunlar məhz Azərbaycan dili milli mədəniyyətimiz və mənəvi dəyərlərimiz olmuşdur. Məhz bu reallığı vurğulayan Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan dilinin və mədəniyyətinin qorunub inkişaf etdirilməsi, eyni zamanda, müstəqilliyimizin, dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması anlamına gəlir. Bu baxımdan dilimiz və mədəniyyətimiz yalnız ünsiyyət vasitəsi və ya keçmişin mirası deyil, həm də milli kimliyimizin, tarixi yaddaşımızın və suveren dövlətimizin əsas simvollarındandır.
Ən əsası, Ana dilimizi qorumaq, yaşatmaq və inkişaf etdirmək isə hər birimizin əsas vəzifəsi olmalıdır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

