Tarixi təməllər və genişlənən əməkdaşlıq
03.08.2026 [18:31]
Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və qarşılıqlı maraqlar prinsipləri əsasında inkişaf etdirilməsidir. Bu uğurlu siyasətin nəticəsi olaraq ölkəmiz dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətləri formalaşdırıb. Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr də son illər dinamik inkişaf edərək tamamilə yeni müttəfiqlik məzmunu qazanıb. Dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan dialoq, hökumətlərarası əməkdaşlığın genişlənməsi və müxtəlif sahələr üzrə həyata keçirilən layihələr ikitərəfli münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdəndir.
Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Ötən müddət ərzində siyasi dialoq ardıcıl şəkildə inkişaf edib, iqtisadi, humanitar, mədəni, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlıq genişlənib. Müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti və imzalanan çoxsaylı sənədlər münasibətlərin möhkəm hüquqi baza üzərində inkişaf etdiyini göstərir. Bu gün iki ölkə arasında əməkdaşlıq yalnız mövcud əlaqələrin qorunmasına deyil, eyni zamanda yeni istiqamətlərin müəyyənləşdirilməsinə və uzunmüddətli inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər də məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir.
Həqiqətən də, səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığın ayrı-ayrı sahələrini deyil, dövlətlərarası münasibətlərin demək olar ki, bütün əsas istiqamətlərini əhatə edir. Bu isə tərəflərin əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək niyyətini və qarşılıqlı öhdəliklərin konkret hüquqi mexanizmlərlə təmin olunduğunu göstərir.
Səfər zamanı əldə olunan razılaşmaların mühüm xüsusiyyətlərindən biri onların praktik nəticələrə hesablanmasıdır. Bu sənədlər gələcək fəaliyyət üçün ümumi niyyətləri ifadə etməklə kifayətlənmir, konkret layihələrin hazırlanması, birgə proqramların həyata keçirilməsi və aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi üçün də hüquqi zəmin yaradır. Bu baxımdan imzalanan sənədlərin hər biri uzunmüddətli əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir.
Qloballaşan dünyada dövlətlər arasında münasibətlərin uğuru imzalanan sənədlərin sayı ilə deyil, onların icra səviyyəsi və yaratdığı real nəticələrlə ölçülür. Azərbaycan ilə Qırğızıstan arasında mövcud əməkdaşlıq təcrübəsi göstərir ki, tərəflər üzərlərinə götürdükləri öhdəliklərə məsuliyyətlə yanaşır, qəbul edilən qərarların praktik icrasını diqqətdə saxlayırlar. Bu yanaşma yeni razılaşmaların da uğurla həyata keçiriləcəyinə böyük inam yaradır. Azərbaycan - Qırğızıstan münasibətlərinin qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəyi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənəcəyi şübhə doğurmur.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

