/ / Prezident İlham Əliyev: Naxçıvanın hərtərəfli və sürətli inkişafı strateji hədəflər sırasındadır
Prezident İlham Əliyev: Naxçıvanın hərtərəfli və sürətli inkişafı strateji hədəflər sırasındadır
13.08.2026 [18:40]
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev avqustun 11-də
Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafı, təhlükəsizliyi, enerji potensialı, nəqliyyat
imkanları, sənayeləşmə, kənd təsərrüfatı, turizm, tarixi-mədəni irsin qorunması və
Zəngəzur dəhlizinin perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirib.
Dövlət başçısının Prezident kimi Naxçıvana 17-ci səfərinin mühüm layihələrin
təqdimatı və yeni təşəbbüslərlə müşayiət olunması muxtar respublikanın inkişafının
dövlət siyasətində xüsusi yer tutduğunu bir daha nümayiş etdirir.
Müsahibədə Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi
xüsusi diqqət çəkən məsələlərdən biri olub. Prezident İlham Əliyev Naxçıvanın coğrafi
mövqeyinin özünəməxsusluğunu nəzərə alaraq burada hərbi potensialın daim
gücləndirildiyini bildirib. Müasir hərbi texnika ilə təchizat, yeni komando qüvvələrinin
yaradılması və Əlahiddə Ordunun imkanlarının artırılması Azərbaycanın müdafiə
siyasətinin mühüm istiqamətlərindəndir.
Naxçıvanın enerji potensialının inkişafında bərpaolunan enerji xüsusi yer tutur.
Burada 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə bağlı layihələr
həyata keçirilir. Eyni zamanda, 600 hektardan artıq ərazi müəyyənləşdirilib və həmin
ərazilərdə yüzlərlə meqavat gücündə yeni Günəş elektrik stansiyalarının yaradılması
nəzərdə tutulur. Prezident İlham Əliyevin sözlərinə görə, yalnız Günəş enerjisinin
istehsalı üzrə Naxçıvanın potensialı ilkin qiymətləndirmələrə əsasən ən azı 500
meqavat, gələcəkdə isə daha çox ola bilər. Bu baxımdan Naxçıvan təkcə enerji ilə
təmin olunan ərazi deyil, həm də enerji ixrac edən regiona çevrilmək üçün böyük
imkanlara malikdir. Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindəndir. Qaz mübadiləsi mexanizmi, 100 faizlik qazlaşma, Günəş,
su və digər elektrik stansiyalarının yaradılması bu siyasətin ardıcıl şəkildə həyata
keçirildiyini göstərir.
Prezidentin göstərişi ilə Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq
batareya enerji saxlanc qurğusunun yaradılması da bərpaolunan enerjinin daha
səmərəli istifadəsinə xidmət edəcək. Müsahibənin ən mühüm istiqamətlərindən biri
Zəngəzur dəhlizi ilə bağlı fikirlər olub. Prezident İlham Əliyev Azərbaycanın əsas
hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılmasının Azərbaycanın
çoxdankı məqsədi olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, 2025-ci il avqustun 8-
də Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində TRIPP layihəsinin icrasına start
verilib və bu layihənin regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər yaradacağı
gözlənilir. Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin demək olar ki, başa çatması
və dəmir yolu layihəsinin sürətlə davam etdirilməsi Azərbaycanın Zəngəzur dəhlizinin
reallaşdırılmasına hazırlığını nümayiş etdirir. Naxçıvan ərazisində yeni texniki-iqtisadi
əsaslandırmaya uyğun olaraq 194 kilometrlik dəmir yolu xəttinin yaradılması nəzərdə
tutulur. Mövcud və yenidən qurulacaq xəttin yükaşırma qabiliyyətinin gələcəkdə 15
milyon tona çatdırılması planlaşdırılır. Bu isə Naxçıvanın regional nəqliyyat-logistika
mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır. Naxçıvanın coğrafi mövqeyi ona yalnız
Azərbaycan daxilində deyil, beynəlxalq nəqliyyat sistemində də mühüm rol oynamaq
imkanı verir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycan ərazisindən
Naxçıvan vasitəsilə İrana ikinci dəmir yolu bağlantısının yaranması mümkün olacaq.
Bu isə Naxçıvanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə
əlaqələrini gücləndirəcək. Beləliklə, Naxçıvan gələcəkdə böyük həcmdə yük axınının
keçdiyi mühüm logistika mərkəzlərindən birinə çevrilə bilər.
Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində
də mühüm addımlar atılır. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər
nəqliyyatının ekoloji və müasir standartlara uyğunlaşdırılmasına xidmət edir. Bununla
yanaşı, şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir
avtobusun alınması nəzərdə tutulur. Muxtar respublikada ümumilikdə 420 kilometr
uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu
layihələr 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın yol
infrastrukturundan daha rahat istifadəsinə imkan verəcək. Prezident İlham Əliyev
Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirib. Möminə
xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni abidələrin konservasiyası və bərpası
Naxçıvanın tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət
daşıyır.
Dövlət başçısının vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi
nə qədər mühüm olsa da, bütün bu proseslərin təməlində milli kimlik, milli ruh,
mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır. Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər
Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etməsi də bu qədim diyarın Azərbaycanın
ictimai-siyasi və mənəvi tarixindəki xüsusi mövqeyini göstərir. Kənd təsərrüfatının
inkişafına dair qəbul edilmiş Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması
muxtar respublikanın aqrar potensialından daha səmərəli istifadə edilməsinə imkan
verəcək. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və
müasir suvarma sistemlərinin quraşdırılması nəticəsində bu gün suvarılmayan
torpaqların da kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması mümkün olacaq. Bu
tədbirlər Naxçıvanda kənd təsərrüfatının inkişafına, məşğulluğun artmasına və ərzaq
təminatının gücləndirilməsinə mühüm töhfə verəcək.
Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyətə başlaması da
struktur və idarəetmə islahatlarının mühüm istiqamətlərindən biridir. Bu yanaşmanın
əsas məqsədi Naxçıvanın iqtisadi imkanlarının daha səmərəli reallaşdırılması, dövlət
idarəçiliyinin təkmilləşdirilməsi və insanların daha rahat, təhlükəsiz və firavan şəraitdə
yaşamasının təmin edilməsidir. Naxçıvanın zəngin tarixi-mədəni irsi, təmiz havası, təbii
gözəllikləri və əlverişli coğrafi mövqeyi onun turizm potensialını əhəmiyyətli dərəcədə
artırır. Bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturunun
yaradılması vacibdir. Səfər çərçivəsində Naxçıvan şəhərində yeni beşulduzlu
mehmanxananın təməlinin qoyulması da bu istiqamətdə atılan mühüm addımlardandır.
Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər
Naxçıvanın gələcək inkişafının Azərbaycanın ümumi iqtisadi, enerji və nəqliyyat
strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha ortaya qoyur. Dövlət
başçısının qeyd etdiyi kimi, güclü siyasi iradə, maliyyə imkanları və milli maraqlara
əsaslanan ardıcıl siyasət Naxçıvanın qarşıdakı dövrdə daha sürətli və hərtərəfli
inkişafına möhkəm zəmin yaradır.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

