/ / Azərbaycan və Özbəkistanı yalnız müasir dövlətlərarası münasibətlər deyil, dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir
Azərbaycan və Özbəkistanı yalnız müasir dövlətlərarası münasibətlər deyil, dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir
25.08.2026 [15:52]
Məlum olduğu kimi, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana
dövlət səfəri iki qardaş ölkə arasında tarixi münasibətlərin inkişafında keyfiyyətcə
yeni mərhələnin əsasını qoydu. Yeri gəlmişkən, səfər çərçivəsində dövlət başçıları
tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası
arasında əbədi dostluq haqqında Müqavilə" sadəcə formal diplomatik sənəd deyil,
iki dövlətin geosiyasi, iqtisadi və təhlükəsizlik baxımından bir-birinə nə qədər
sarsılmaz tellərlə bağlandığının bariz sübutudur.
Qeyd edək ki, son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında
cərəyan edən sürətli geostrateji proseslər, xüsusilə Orta dəhlizin strateji
əhəmiyyətinin artması və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya
meyillərinin güclənməsi Bakı ilə Daşkənd arasında münasibətlərin dərinləşməsini
zərurətə çevirib. Son 4-5 il ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin
intensivləşməsi, aparılan yüksəksəviyyəli danışıqlar və iqtisadi-ticari əlaqələrin
dinamik artımı strateji tərəfdaşlıq modelinin artıq müttəfiqlik və əbədi dostluq
səviyyəsinə yüksəlməsini təmin etdi. Bu baxımdan, imzalanan müqavilə iki
ölkənin ortaq soy-kökə, dil və mədəniyyət yaxınlığına söykənən tarixi qardaşlıq
bağlarını müasir beynəlxalq hüquq müstəvisində ən ali, dəyişməz və institutlaşmış
formada təsbit edir. Bu yalnız cari siyasi vəziyyətin tələbi deyil, eyni zamanda
gələcək nəsillərə ötürüləcək davamlı və sarsılmaz həmrəylik modelinin hüquqi
təməlidir. Sənəddə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış
prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa,
qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli
reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini
dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi
bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz
ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə,
təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə,
eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi
bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol
verməməyi öhdələrinə götürürlər. Bu şərtlər iki ölkənin təhlükəsizlik çətirinin
birgə formalaşdırıldığını göstərməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya
regionlarının təhlükəsizlik arxitekturasında yeni sabitlik mərkəzinin yarandığını
nümayiş etdirir. Müqavilə həm də genişmiqyaslı iqtisadi inteqrasiyanı xarakterizə
edir. Sənəddə əks olunan prioritetlər göstərir ki, Bakı və Daşkənd artıq ticarət
əlaqələrini sadəcə mal mübadiləsi çərçivəsində görmür, daha dərin və dayanıqlı
tərəfdaşlıq modeli formalaşdırırlar. İki ölkə bərabərlik və qarşılıqlı faydalılıq
prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir,
energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, "yaşıl" və
rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik
texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə
layihələrin həyata keçirilməsinə kömək göstərirlər. Bütün bunlar tərəflərin
iqtisadiyyatlarını müasir geosiyasi reallıqlara uyğun olaraq diversifikasiya etmək
niyyətindən xəbər verir. Birgə investisiya layihələri regionda yeni iş yerlərinin və
istehsal zəncirlərinin yaranmasını təşviq edir. İki ölkə nəqliyyat sistemlərinin
qarşılıqlı inteqrasiyasına xüsusi diqqət ayırır. Sənəddə əks olunub ki, yüklərin və
sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də
nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli
nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.
Onu da qeyd edək ki, iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni
yaxınlığının qorunub saxlanmasına hərtərəfli kömək göstərir, elm, təhsil, tibb,
mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran
digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycan və
özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa
əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait
yaradırlar. Regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar
arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər. Göstərilənlər gələcək
nəsillərin ortaq kimlik və dəyərlər ətrafında sıx birləşməsini hədəfləyir.
Xüsusilə qeyd etmək lazımdır ki, Daşkənddə keçirilən mərasimdə dövlət
başçılarının bir-birini ali ordenlərlə - (Prezident İlham Əliyevin "Dostluq",
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə "Heydər Əliyev" ordeni ilə) təltif
etməsi siyasi iradənin və şəxsi etimadın ən yüksək göstəricisidir. Daşkənddə
təltifolunma mərasimində Prezident İlham Əliyev son 4-5 ildə həyata keçirilən
intensiv səfər dinamikasına diqqət çəkərək, əldə olunan bu yüksək diplomatik
səviyyənin əsrə söykənən ortaq köklər, mədəniyyət və dil yaxınlığı üzərində
ucaldığını diqqətə çatdırdı: "...bu statistikanın arxasında, ilk növbədə, ortaq
köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-
ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, özbək və
Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır. Bu, həmin
təməldir - əlbəttə, qardaşlığımızın bu binasını necə möhkəmləndirdiyimiz, hansı
layihələri həyata keçirdiyimiz, qarşılıqlı fəaliyyətimizə və ölkələrimizin inkişafına
yönəlmiş müxtəlif təşəbbüslərdə necə birgə iştirak etdiyimiz".
Şavkat Mirziyoyevin bəyanatında "Bu gün biz Əbədi dostluq haqqında
müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və
parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir
sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını
genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir",
- deməsi bu tərəfdaşlığın praqmatik nəticələrə söykəndiyini bir daha təsdiq edir.
Ən əsası, Əbədi dostluq haqqında müqavilə iki dövlətin geosiyasi, iqtisadi və
təhlükəsizlik baxımından bir-birinə nə qədər sarsılmaz tellərlə bağlandığını
göstərir. Sənəd strateji müttəfiqlikdən əbədi dostluq mərhələsinə keçidi
rəsmiləşdirərək, təkcə cari dövrün geopolitik ehtiyaclarını ödəmir, eyni zamanda
gələcək nəsillər üçün sarsılmaz qardaşlıq və həmrəylik irsi formalaşdırır!
Nəbi Nəzərli,
YAP Göygöl rayon təşkilatı üzrə Nadil kənd ərazi partiya təşkilatının sədr
müavini
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

