20 sentyabr – suveren Azərbaycanın yeni reallıqlarının təcəssümü
18.09.2026 [10:27]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycanın müasir tarixində elə günlər var ki, onların mahiyyəti xalqın milli yaddaşında bütöv bir dövrün rəmzinə çevrilir. 20 Sentyabr da məhz belə tarixi günlərdəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının yaratdığı yeni reallıqların ifadəsidir. Bu əlamətdar gün xalqımızın uzun illər ərzində daşıdığı tarixi arzuların gerçəkləşməsini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin tam hakimiyyətinin bərqərar olmasını, həmin torpaqlarda yeni həyatın qurulmasını özündə əks etdirir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Bu tarix 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində tam təmin olunması ilə bağlıdır. Bununla uzun illər davam edən separatizmə son qoyulub, Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərimizdə bərpa edilib. Bu Zəfərin əsasında Azərbaycan xalqının uzun illər ərzində yaşatdığı inam, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət, ordumuzun gücü və qəhrəman hərbçilərimizin fədakarlığı dayanır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi prosesin ən möhtəşəm anlarından biri olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir: “Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək”.
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan siyasi-iqtisadi, diplomatik və hərbi imkanlarını məqsədyönlü şəkildə səfərbər edərək tarixi hədəfinə nail olub. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi isə şəhərin həyatında yeni dövrün başlanmasının daha bir mühüm göstəricisi olub. Qarabağın tacı hesab edilən Şuşanın azad edilməsindən üç il sonra Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirən paradın Xankəndidə keçirilməsi dövlət suverenliyimizin real və dönməz xarakter daşıdığını bir daha nümayiş etdirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bu gün müşahidə olunan dəyişikliklər gələcək perspektivlərdən xəbər verir. Qarşıda duran əsas məqsəd həmin ərazilərin müasir yaşayış məkanlarına çevrilməsi, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi, burada sosial və iqtisadi həyatın yenidən canlandırılmasıdır. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr məhz bu məqsədə xidmət edir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi Azərbaycanın sosial-iqtisadi inkişafına da yeni imkanlar yaradır. Burada müasir şəhərsalma prinsipləri əsasında yaşayış məhəlləri salınır, yollar, məktəblər, səhiyyə müəssisələri, sosial obyektlər, inzibati binalar və digər infrastruktur qurulur. Paralel olaraq iqtisadi fəallığın artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində layihələr həyata keçirilir. Beləliklə, vaxtilə dağıntıların hökm sürdüyü ərazilər tədricən həyatın, quruculuğun və sosial rifahın məkanlarına çevrilir. Bu baxımdan Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılıb. Təhsil ocağının fəaliyyətə başlaması Xankəndinin yalnız yaşayış və inzibati mərkəz kimi deyil, eyni zamanda elm, təhsil və gənclər şəhəri kimi formalaşmasına mühüm zəmin yaradır.
Ağdərə rayonunun yaradılması da azad edilmiş ərazilərdə yeni inzibati və sosial-iqtisadi reallıqların formalaşdırılmasının göstəricisidir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu addım ərazilərin tarixi-coğrafi xüsusiyyətlərinin nəzərə alınması ilə yanaşı, onların idarə olunmasının və gələcək inkişafının daha səmərəli təşkili baxımından da mühüm əhəmiyyət daşıyır.
Ərazilərin bərpası ilə yanaşı, burada məskunlaşma prosesinin ardıcıl şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Doğma yurdlarına qayıdan insanlar üçün müasir və rahat yaşayış şəraiti yaradılır, sosial xidmətlər əlçatan olur, yeni iş imkanları formalaşdırılır. Bununla da Böyük Qayıdış yalnız insanların öz torpaqlarına dönməsi deyil, həmin ərazilərdə davamlı və firavan həyatın qurulması prosesinə çevrilir.
Bu gün həmin ərazilərdə aparılan quruculuq işləri tarixi Zəfərin real nəticələrini nümayiş etdirir. Bərpa olunan şəhərlər, yenidən salınan kəndlər, yaradılan infrastruktur, fəaliyyətə başlayan təhsil və sosial obyektlər, doğma yurdlarına qayıdan insanlar Azərbaycanın qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə çatdığını təsdiqləyir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin dirçəldilməsi tarixi Zəfərimizin davamı, Böyük Qayıdışın mühüm istiqaməti və gələcəyə hesablanmış dövlət siyasətinin nəticəsidir. Bu şəhərlərin yenidən canlanması Azərbaycanın gücünü, xalqımızın iradəsini və dövlətimizin quruculuq imkanlarını bütün dünyaya nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDin
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10

