Suveren Azərbaycanın gücü və gələcəyi
18.09.2026 [11:06]
Tarix göstərir ki, hər bir xalqın inkişaf yolu onun dövlətçilik ənənələri və suverenliyə münasibəti ilə müəyyən olunur. Müstəqillik dövlətin yaranmasını ifadə edirsə, suverenlik həmin dövlətin bütün ərazisində ali hakimiyyətini tam həyata keçirməsini, daxili və xarici siyasətini sərbəst müəyyənləşdirməsini təmin edir. Bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində təkcə əlamətdar tarix deyil, dövlətçiliyimizin möhkəmlənməsini və milli iradənin təntənəsini ifadə edən siyasi hadisədir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli ilə təsis edilmiş Dövlət Suverenliyi Günü xalqımızın uzun illər davam edən mübarizəsinin məntiqi nəticəsini əks etdirir. Sərəncamda vurğulandığı kimi, xalqımız tarix boyu müxtəlif çətinliklər, işğal və məhrumiyyətlərlə üzləşsə də, müstəqil dövlətçilik ideyasından heç vaxt geri çəkilməyib. Bu gün şəhidlərimizin müqəddəs xatirəsi, qəhrəman hərbçilərimizin fədakarlığı sayəsində tam təmin edilmiş ərazi bütövlüyü və dövlət suverenliyi Azərbaycanın ən böyük milli nailiyyətlərindən biridir.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti otuz ilə yaxın davam etdi. Bu dövrdə beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu, şəhər və kəndlər viran edildi, tarixi-mədəni irs məhv olundu, yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salındı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını tələb edən qətnamələri isə uzun illər kağız üzərində qaldı. Bununla belə, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını daim tanıyırdı.
2020-ci ildə baş vermiş Vətən müharibəsi regionun siyasi reallıqlarını tamamilə dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazandı və ölkəmizin ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Müharibədən sonrakı mərhələdə isə dövlət suverenliyinin tam təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədlərinə nəzarət hüququnun tam bərpasını təmin etdi və qanunsuz fəaliyyətlərin qarşısının alınmasında həlledici rol oynadı. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri isə bu prosesin yekun mərhələsi oldu. Cəmi bir gün davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ölkə ərazisində tam bərpa olundu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bununla dövlət suverenliyi tam təmin edildi, beynəlxalq hüququn aliliyi öz təsdiqini tapdı və Azərbaycan güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Tam suverenlik bu gün Azərbaycanın davamlı inkişafının əsas təminatıdır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi, iqtisadi potensialın artması, beynəlxalq əməkdaşlığın genişlənməsi və daxili sabitliyin daha da möhkəmlənməsi bunun bariz nümunəsidir. Dövlət Suverenliyi Günü xalqımızın mübarizə əzmini, dövlətimizin sarsılmaz gücünü və gələcək inkişaf hədəflərini özündə birləşdirən mühüm tarixi gün kimi hər il xüsusi qürur hissi ilə qeyd olunur.
Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDin
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10

