20 Sentyabr tarixi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin zirvəsidir
18.09.2026 [23:38]
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və onu inkişaf etdirmək ən böyük tarixi nailiyyətlərdən biridir. Müstəqillik dövlətin siyasi statusunu müəyyən edən anlayış olmaqla bərabər, həm də xalqın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək, milli iradəsini ifadə etmək və dövlətçilik ənənələrini yaşatmaq hüququdur. Azərbaycan xalqı da əsrlər boyu bu ali məqsədə – müstəqil və suveren dövlətə sahib olmaq idealına doğru inamla irəliləmişdir.
Müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Ölkəmizin ərazilərinin işğal altında qalması uzun illər ərzində xalqımızın ən ağrılı problemlərindən biri olaraq qalırdı. Buna baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarına qayıdacağına, ərazi bütövlüyünün bərpa olunacağına olan inamını itirmədi.Bu inam Azərbaycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirdi və dövlətçilik düşüncəsinin mühüm dayaqlarından birinə çevrildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə xalqımız üçün böyük itkilər və sınaqlarla müşayiət olundu. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın yaddaşında yaşayacaq. Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət isə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi.
Lakin dövlət suverenliyinin tam bərpası prosesi 2023-cü ilin sentyabrında baş verən hadisələrlə yeni mərhələyə qədəm qoydu. 19–20 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın öz ərazisində dövlət suverenliyinin tam bərpası təmin edildi.Bu hadisə Azərbaycan dövlətçilik tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Artıq ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tətbiqi üçün tam imkan yarandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur.Bu tarixin təsis edilməsi dövlət suverenliyinin Azərbaycan xalqı üçün daşıdığı böyük siyasi və milli əhəmiyyətin göstəricisidir. 20 Sentyabr Azərbaycan dövlətinin öz ərazisi üzərində suveren hüquqlarının tam bərpa olunmasını simvolizə edən əlamətdar tarixdir.Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etməsi və dövlət qanunlarının bütün ölkə ərazisində tətbiq edilməsini təmin etməsi deməkdir. Bu baxımdan dövlət suverenliyinin bərpası yalnız hərbi-siyasi nəticə deyil, eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün mühüm tarixi mərhələdir.
Qəhrəman əsgər və zabitlərimizin vətən qarşısındakı xidmətləri də dövlətçilik tariximizin ayrılmaz hissəsidir. Onların göstərdiyi şücaət Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadı və gələcək nəsillər üçün vətənə sədaqətin nümunəsinə çevrildi.
Bu baxımdan suverenlik yalnız tarixi bir nəticə deyil, həm də böyük məsuliyyətdir. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə etibarlı şəkildə ötürmək hər bir vətəndaşın dövlət qarşısında məsuliyyətini müəyyən edən mühüm amillərdəndir.
Bu gün Azərbaycan öz müstəqil dövlətinə sahibdir. Xalqımızın uzun illər davam edən mübarizəsi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı hesabına əldə olunan ərazi bütövlüyü və dövlət suverenliyi Azərbaycanın ən böyük milli sərvətlərindən biridir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqına keçdiyi tarixi yolu bir daha xatırladır. Bu tarix həm də gələcəyə baxış üçün mühüm mesaj verir: müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi daim diqqət tələb edən ümummilli vəzifədir.Azərbaycan xalqı öz tarixindən güc alaraq gələcəyə inamla addımlayır. Dövlət suverenliyi isə bu yolun ən mühüm dayaqlarından biri olaraq xalqımızın milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqil gələcəyə olan inamının ifadəsidir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54

